Bakının “Azəryol” klubu Macarıstan millisinin voleybolçusunu heyətinə cəlb edib

Bakının “Azəryol” klubu Macarıstan millisinin voleybolçusunu heyətinə cəlb edib
11:33 15 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında ölkəmizi təmsil edən Bakının qadınlardan ibarət “Azəryol” klubu heyətini gücləndirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Macarıstan millisinin üzvü Edina Dobi ilə müqavilə imzalayıb.
Mərkəz blokçusu mövqeyində çıxış edən voleybolçu cari mövsümün əvvəlində Almaniyanın “Vilsbiburq” komandasında forma geyinib.
Voleybolçunun dekabrın 16-da CEV kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində Finlandiyanın “Salo” komandasına qarşı oyunda meydana çıxacağı gözlənilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Azeryol_klubu_Macaristan_millisinin_voleybolchusunu_heyetine_celb_edib-911287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR