Dünyanı heyrətə salan bomj: Onun albomu milyon tirajla satılırdı - DƏLİ DAHİLƏR

Dünyanı heyrətə salan bomj: Onun albomu milyon tirajla satılırdı - DƏLİ DAHİLƏR
11:34 15 Dekabr 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada ən çox satılan 10 kitab (12 Mart 2017 09:00)
Hitlerin sevgilisinin gizli albomu tapıldı - FOTO (04 Mart 2017 18:48)
Hitlerin sevgilisinin gizli albomu tapıldı - FOTO (04 Mart 2017 18:17)

Dünya şöhrətli pianoçu David Helfqottun qardaşı Less belə nəql edir:
“Qardaşım Davidin xəstəliyi kritik həddə çatmışdı. O, mücərrəd qüvvələrlə danışır, anlaşılmaz söhbətlər edir, yaddaşını itirir, tez-tez evdən yoxa çıxırdı. 1983-cü ildə uzun müddət evə qayıtmayan Davidi şəhərdə axtarmağa başladım. Onun hərdən şərab içməsini xatırlayıb “Pert-Rikardo” şərab evinə girdim. Zənnimdə yanılmamışdım; qardaşımı barın bir küncündə oturub şərab içdiyini gördüm. Barın bir xidmətçisi Davidin barda ilk dəfə necə peyda olması haqda mənə belə bir əhvalat danışdı:
-  Axşamüstü idi. İçəriyə saç-saqqallı pinti vəziyyətdə, damağında siqaret olan bir bomj girdi. Küncdə oturub özünə şərab sifariş etdi. Biz ona candərdi xidmət göstərdik. Şərabdan içdikcə öz-özünə nə isə danışan bu adam ağır həyat keçirmiş birinə bənzəyirdi. Birdən o, başını qaldırıb səhnədəki fortepianonu gördü və əlini irəli uzadaraq, musiqi alətinə tərəf cumdu. Biz onun pianoya yaxınlaşmasına əngəl olmağa çalışsaq da, o, artıq stulda əyləşmişdi. Bu əcaib insanın musiqi alətini zədələməsindən qorxsaq da barmaqlarının pianonun dilləri üzərində uçuşu hər birimizi heyran elədi. Sonradan bildik ki, bomj saydığımız bu qəribə kişi məşhur musiqiçi David Helfqottdur…
Qardaşım  bir ildən sonra, 1984-cü ildə elə həmin barda tanış olduğu pərəstişkarı, astroloq Culian Morreylə ailə qurdu”.

Bu dəfəki yazımız şizofreniya xəstəliyindən əziyyət çəkən məşhur avstriyalı pianoçu David Helfqott haqdadı. David Helfqott 1947-ci ildə polyak əsilli yəhudi ailəsində dünyaya göz açır.  
David maraqlı davranışları ilə lap balacalığından qeyri-adi istedada malik olduğunu büuzə verir. Beş yaşından başlayaraq, atası ona fortepianoda ifa etməyi öyrədir. On yaşına çatdıqdan sonra David məşhur pianoçu Frenk Arndtdan musiqi dərsləri almağa başlayır. O, hərdən bacısı Marqaret ilə, bəzən də tək çıxış edərək müxtəlif musiqi yarışlarının qalibi olur.
Uşaq yaşlarından populyarlaşan, insanlara vunderkind təsiri bağışlayan on dörd yaşlı Davidə ABŞ-ın nüfuzlu musiqi məktəblərinin birindən dəvət gəlir. ABŞ-da təhsilini davam etdirmək üçün maddi imkanı yetərli olmayan balaca musiqiçiyə yazıçı Katerina Priçard öz yardımını təklif edir. Lakin oğlunun getdikcə qabaran əqli problemlərindən narahat olan atası onun bu səfərinə maneə olur.
Beləliklə, o, musiqi fəaliyyətini Avstriyada davam etdirməli olur. Avstriyanın Gənc Performansçılar Simpoziumunda iştirak edən David ardıcıl olaraq altı dəfə birincilik mükafatını qazanır.
Gənc pianoçu on doqquz yaşında təhsilini davam etdirmək üçün London Kral Musiqi Akademiyasına dəvət alır və tanınmış musiqiçi Sirill Smitə üç il şagirdlik edir.
David Helfqott kollecdə Sergey Raxmaninovun rəhbərlik etdiyi orkestrdəki parlaq çıxışına görə “Dannreuther” prizinə layiq görülür.
Adətən, dağınıq fikirli görünən və kütlə içində olmağı sevməyən Helfqott, bütün bu uğurlarına baxmayaraq, psixi, əqli pozuntulardan əziyyət çəkirdi. O, bir neçə dəfə musiqi müəlliminə belə demişdi: “Pianonun arxasına keçən kimi tanımadığım məxluqlar başıma yığılıb mənimlə söhbət etməyə çalışır, fikrimi yayındırırlar”.

David Helfqott konsert verərkən səhnəyə, öz adəti üzrə, qaça-qaça, çox sevdiyi qırmızı köynəyində çıxır. Pişiyi ilə oynamağı sevir, dediyinə görə, sevimli heyvan onu stresslərdən xilas edir.


David ruhi müvazinətini qismən də olsa stabilləşdirmək üçün 1970-ci ildə Pert şəhərinə qayıdır. Burada onunla  Klara Papp adlı bir qadın xüsusi olaraq maraqlanır. Qadın Helfqottun sənətinin vurğunu idi və qısa bir zamanda onların arasında isti münasibət yaranır. Aralarındakı böyük yaş fərqinə və Klaranın dörd uşaq anası olmasına baxmayaraq, onlar evlənirlər. Bu evlilik vaxtı onların arasında anlaşılmazlıq və ziddiyyətlər baş qaldırır. Nəticədə xəstəliyi getdikcə şiddətlənən David psixi dispanserdə müalicə almalı olur. Müalicə dönəmində Klara ondan ayrıldığını birbaşa palatada sərt şəkildə bəyan edir. Pianoçu mütəmadi olaraq on il həmin xəstəxanada müxtəlif psixotrop dərmanlar və elektrosudurğa terapiyası alır.
 

Sonralar pianoçu haqda film çəkildiyini eşidən Klara belə demişdi: “David heç də brilyant musiqiçi deyil. Nüfuzlu konsert salonlarında çıxış etmək üçün onun nə əqli, nə də fiziki qabiliyyəti var!”


1996-cı ildə əfsanəvi pianoçunun həyatını və şizofreniya xəstəliyi ilə apardığı mübarizəsini əks etdirən “Shine” (“Parıltı”) adlı film çəkilir. Filmdə David Helfqottu canlandıran aktyor Geofrey Rush ən yaxşı kişi roluna görə  “Oskar” mükafatı alır.
Helfqottun dramatik yaşantılarını canlandıran film tənqidçilər tərəfindən birmənalı qarşılanmır. Üstəlik,  Davidin bacısı Marqaret filmdə canlandırılan diktator ata obrazının həddən artıq şişirdildiyini, bunun gerçəyə  uyğun olmadığını iddia edir.


Son zamanlar yaradıcılığının romantizm dövrünü yaşayan David Helfqott Musorqski, Raxmaninov, Şopen, List, Şuman və Rimski-Korsakovun bəstələrini ifa edərək, bu müəlliflərin əsərlərindən ibarət iki albom buraxdı. Həmin ifalar haqda musiqişünaslar müxtəlif tənqidi fikirlər səsləndirsə də, albomlar onun fanatları tərəfindən sevinclə qarşılandı və milyon tirajla satıldı.
Davit Helfqott hazırda, onu öz sevgisi ilə dəlilikdən xilas edən, uğurlar qazanmasında böyük rol oynayan həyat yoldaşı astroloq Culian Morreylə cənubi Uelsdəki malikanəsində yaşayır.
Geniş konsert salonlarına dəvətləri rədd edən dahi pianoçu hərdən arzu edənlər üçün öz evində mini performanslar təşkil edir.
 




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Mənə perspektivi görmək lazımdı" - Roman Qriqoqrçuk

24 Aprel 2017 19:14

Lalə Məmmədovanın Nərgizi - FOTO

24 Aprel 2017 19:12

Afrika sevgisi yazıçını ölümlə üz-üzə qoydu

24 Aprel 2017 19:08

Bakıda istismar müddəti 50 il əvvəl bitən "ölüm evləri" - FOTO

24 Aprel 2017 19:05

Elmar Məmmədyarov Litva xarici işlər naziri ilə görüşdü - FOTO

24 Aprel 2017 19:05

Akif Çovdarovun məhkəməsi: Şahidlər ifadə verdi

24 Aprel 2017 19:05

İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı sərəncam imzalandı

24 Aprel 2017 18:59

Maraqlı ADDIM: burada lüt şəkil çəkdirən hər kəs...

24 Aprel 2017 18:58

Tanınmış musiqişünas-alim Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar nekroloq imzalandı

24 Aprel 2017 18:57

Türkiyənin İrandakı səfirliyinin binası qarşısında aksiya - FOTO

24 Aprel 2017 18:57

Prezident Ramiz Zöhrabovla bağlı nekroloq imzalayıb

24 Aprel 2017 18:54

Sabirin şeirləri orta məktəblərdə qadağan olunmalıdır? - RƏYLƏR

24 Aprel 2017 18:53

Məktəbli qızların mesajlaşması cinayətin üstün açdı: 1 ildir müəllimi ilə...

24 Aprel 2017 18:52

Çovdarov işində: "Pul verməməyin dərdindən hamını aldadırdı"

24 Aprel 2017 18:49

Tibb işçilərinin cərimələri artırılır

24 Aprel 2017 18:44

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

24 Aprel 2017 18:42

"Gənclər Kuboku" 4 idman növü üzrə yarışlarını yekunlaşdırdı

24 Aprel 2017 18:42

​Kənan Hacının imza günü olacaq

24 Aprel 2017 18:38

Prezident İlham Əliyev: "Soyqırımıda birbaşa əli olan şəxslərin hələ də cəzalandırılmaması onları yeni qanlı əməllərə şirnikləndirir"

24 Aprel 2017 18:37

“HTC” şirkəti tarixdə ilk dəfə virtual reallıq peykini orbitə buraxacaq

24 Aprel 2017 18:35

Almatıda bütün metro stansiyaları təxliyə edilir - BOMBA TƏHLÜKƏSİ

24 Aprel 2017 18:32

Ölən insanın necə dirilə biləcəyi AÇIQLANDI

24 Aprel 2017 18:32

Məşhur aktyor vəfat etdi

24 Aprel 2017 18:30

II Dünya müharibəsi RƏNGLİ FOTOLARDA

24 Aprel 2017 18:28

Bu azərbaycanlı axtarışa verildi - FOTO

24 Aprel 2017 18:27

"Real"ı məyus edən alman sevgilisi ilə... - FOTO

24 Aprel 2017 18:22

Fahişəlik və qumara görə ağır cərimələr

24 Aprel 2017 18:19

Ərdoğan düşmənlərimizə SƏSLƏNDİ: “Çox dəyərli erməni...”

24 Aprel 2017 18:18

"Gözəllik kraliçası" yenidən səhnədə - FOTO

24 Aprel 2017 18:17

Ticarət festivalı ərzində 6,3 mln. manatlıq mal alınıb

24 Aprel 2017 18:14

Kamran Şahsuvarlı: "İslamiadada boks üzrə əsas rəqiblərimiz qazax və özbəklər olacaq" - FOTO

24 Aprel 2017 18:12

Tarixi referendum: Türkiyə təkamül yoluna düzəliş edir

24 Aprel 2017 18:12

Azərbaycanlı qız efirdə erməni mahnısına oynadı

24 Aprel 2017 18:12

Bu görüntülər hamını qorxudur,

24 Aprel 2017 18:10

Ticarət festivalında neçə milyonluq alış-veriş edildi? - RƏSMİ RƏQƏM

24 Aprel 2017 18:09

Merkurinin ölçüləri kiçilib - FOTOLAR

24 Aprel 2017 18:08

Məmurla sevgili olduğu deyilən Samirə: "Əl çəkin..." - FOTO

24 Aprel 2017 18:05

Dövlət Gənc Tamaşaçılar Teatrı İslamiadaya tam hazırdır

24 Aprel 2017 18:05

Lavrov: “Çeçenistanda homoseksualları müdafiə edəcəyik”

24 Aprel 2017 18:03

Balkan Departamentinin rəhbəri Yevgeniy Alimovla görüş

24 Aprel 2017 17:59

Bu əmələ görə cərimə artırılır

24 Aprel 2017 17:57

Miqrantları aparan qayıq batdı - 16 ÖLÜ

24 Aprel 2017 17:57

Xəzərdə 200-dən artıq neftçi təxliyə edildi

24 Aprel 2017 17:55

Avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb - AĞSTAFADA

24 Aprel 2017 17:54

Məktəbdə PARTLAYIŞ: 1 ölü, 11 yaralı - VİDEO

24 Aprel 2017 17:53

"İnter"in 3 futbolçusu "Neftçi"yə keçir

24 Aprel 2017 17:52

Məşhur aparıcı Mədəniyyət kanalını OĞURLUQDA İTTİHAM ETDİ

24 Aprel 2017 17:48

İcra başçısının işdən çıxarılan müavini "yoxa çıxıb"

24 Aprel 2017 17:47

Cəlilabadda YANĞIN: Ana azyaşlı övladını xilas etdi - FOTO

24 Aprel 2017 17:47

Ermənilərin təxribatı baş tutmadı

24 Aprel 2017 17:44