Əkiz bacılar Gülayla küsülü imiş - fotolar

Əkiz bacılar Gülayla küsülü imiş -  fotolar
11:41 15 Dekabr 2015
152 Şou
Ölkə mətbuatı
A- A+

Müğənnilər Sevil və Sevinc bacıları həmkarı Gülay Zeynallı ilə küsülü imiş.

Bu haqda bacılar Axşam.az-a açıqlamasında deyib. Onlar sənətçi ilə 3 ay danışmadıqlarını etiraf ediblər:

“Düz 3 ay bir-birimizlə küsülü qaldıq. Aramızda heç bir söz-söhbət olmayıb. Sadəcə tədbirlərdə olanda bir-birimizə sifət edib, üzümüzü çevirirdik, salamlaşmırdıq. Bunu heç efirdə də deməmişdik. Küsülülükləri efirdə nümayiş etdirməyi lazımsız bilirik. İndi barışmışıq, münasibətlərimiz yaxşıdır”.

Yeniliklərindən danışan bacılar 2016-cı ildə maraqlı layihələri olacağını bildiriblər:

"Elvin Mehmanlıya məxsus "Məndən ötrü" adlı yeni mahnı oxumuşuq. 2016-cı ilin ilk mahnısı və klipi olacaq. Yanvarın 4-də təqdimat edəcəyik. Bir də yeni veriliş hazırlamaq istəyirik".

Foto: Ramin ASLANOV





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR