Ər-arvad dəm qazından zəhərləndilər

Ər-arvad dəm qazından zəhərləndilər
11:42 15 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

KANAL S (REGİON TV) xəbər verir ki, Balakəndə ər-arvad dəm qazından zəhərləniblər. Hadisə dünən axşam saat 21 radələrində baş verib. Rayonun Mahmalar kənd sakinləri - 1966-cı il təvəllüdlü Taşov Vahid Əsildar oğlu və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Taşova  Maya Qədisəddin qızı zəhərlənmə əlamətləri ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin həyətyanı sahəsində tikilmiş hamamda dəm qazından zəhərləniblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ər-arvadın vəziyyətinin orta-stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/390361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR