Dəm qazından zəhərlənənlər arasında qadınların sayı daha çoxdur

Dəm qazından zəhərlənənlər arasında qadınların sayı daha çoxdur
11:42 15 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda qadınların qara paltar geyinməsinə icazə verilməyəcək - (19 Aprel 2017 20:18)
Quba sakini dəm qazından öldü (23 Mart 2017 16:58)
Daha bir nəfər dəm qazından öldü (11 Mart 2017 15:44)

Bakı. 15 dekabr. REPORT.AZ/ Ötən illərdə olduğu kimi, bu il də havalar soyumağa başlayan kimi dəm qazından zəhərlənmə hadisələri də artmağa başladı. Hətta bu zəhərlənmə səbəbindən neçə-neçə insan da dünyasını dəyişib. Mövzunun aktuallığını nəzərə alaraq "Report" dəm qazından zəhərlənmə ilə bağlı bir neçə məqamı oxucuların diqqətini çatdırır.
Daxili İşlər Nazirliyinin yaydığı statistikaya əsasən, ötən iki ayda (oktyabr-noyabr) 15 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin yaydığı son hesabata görə isə bu ilin doqquz ayında dəm qazı və digər toksiki qazlarla zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 249 xəstə daxil olub.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Report"a açıqlamasında havaların soyuması ilə bağlı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayında artım olduğunu təsdiqləyib: "Yay fəslində demək olar ki, dəm qazından zəhərlənmə halları ilə rastlaşmırıq".
Şöbə müdiri eyni zamanda, bu ilin son iki ayında dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə 26 xəstənin daxil olduğunu qeyd edib: "Xəstələr arasında qadınlar çoxluq təşkil edir. Onu da deyim ki, qeyd etdiyim müddət ərzində şöbəyə yerləşdirilən xəstələrdə elə də ciddi ağırlaşmalar qeydə alınmayıb".
A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə zəhərlənmənin yüngül dərəcədə əlamətləri küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi, sinə və boğaz nahiyəsində ağrı, öyümə, qusma, görmə və eşitmə hallusinasiyaları, dəri və selikli qişaların hiperemiyası (qızarması), ürək döyüntüsü, qan təzyiqinin artmasıdır: "Orta ağır dərəcədə olanda yuxuluq, hərəkətin məhdudlaşması, ağır dərəcə olanda isə huşun itməsi, qıcolmalar, psixomotor oyanmalar, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində ölüm olur".
A.Maqsudov dəm qazından zəhərlənən şəxsə ilk tibbi yardımın necə göstərilməli olduğu barədə də danışıb: "Təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək, onu mütləq şəkildə təmiz havaya çıxarmaq lazımdır. Əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu selikdən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin. Daha sonra otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək lazımdır. Xəstənin səhhəti ağır olduğu təqdirdə isə təcili tibbi yardım çağıraraq onu dərhal xəstəxanaya çatdırmaq mütləqdir".
Psixoloq Elnur Rüstəmov "Report"a açıqlamasında deyib ki, dəm qazından zəhərlənən insanlarda hadisədən sonrakı dövrdə post-travmatik stress qeydə alınır: "Bu da adətən hadisədən bir həftə, yaxud da bir və ya iki ay sonra başlayır. Bu o deməkdir ki, insanlarda narahatçılıq hissi yaranmağa başlanır. Onlar düşünürlər ki, bu hadisə evdəkilərdən kiminsə başına gələ bilər. Yaxud da evdən çıxdıqdan sonra fikirləri ancaq evdə qalır. Yəni, insanlarda psixoloji narahatçılıq müşahidə olunur. Eyni zamanda, gələcəkdə həmin şəxslərin həyatlarını sığortalamaq istəyi ifrat dərəcədə ola bilər. Ona görə də həmin şəxslərə mütləq psixoloji yardım lazımdır. Çünki aldıqları travma həm özlərinə, həm də yaxınlarına mənfi təsir etmiş olacaq. Hətta zaman keçdikcə insanda təşviş və həyəcan hissi yarana bilər".
E.Rüstəmov onu da əlavə edib ki, qadınlar adətən stress yaşamağa daha çox meyilli olur: "Çünki onlar ilk növbədə ana və həyat yoldaşıdır. Digər tərəfdən, evdar qadınların sayı çoxluq təşkil etdiyindən, onların məişət zəminində keçirdiyi stresslər çoxdur".
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. 
Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda, insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur. Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur. Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi köməklik göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilər.
Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur.
Dəm qazı ilə zəhərlənmənin səbəbləri sırasında suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir), soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, sobanın qapağının vaxtında bağlanmaması, tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi, sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması, sobada və borularda çatların və nasazlıqların olması, qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olmasıdır. 
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. Sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Yuventus" xal itirdi

29 Aprel 2017 09:42

Azərbaycanda qayınana gəlinini bıçaqladı

29 Aprel 2017 09:42

ABŞ-da uzaq məsafəyə yükdaşıma mədəniyyəti necə formalaşdı? - FOTOLAR

29 Aprel 2017 09:33

Daha bir ölkədə çempion bəlli oldu

29 Aprel 2017 09:32

Çempionun səfər sınağı

29 Aprel 2017 09:27

Marixuana leqallaşdırıldı

29 Aprel 2017 09:18

Deputat: "AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür"

29 Aprel 2017 09:17

"Real" "Valensiya"nı qəbul edir, Kataloniyada derbi

29 Aprel 2017 09:17

Nobel prospektində yeraltı piyada keçid istifadəyə verilib

29 Aprel 2017 09:12

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

29 Aprel 2017 09:12

Sosial mənzillərə qeydiyyat başlayır: QİYMƏTLƏR, ŞƏRTLƏR, TƏLƏBLƏR

29 Aprel 2017 09:09

Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 09:05

“Lenovo” “Zuk” brendini ləğv edir

29 Aprel 2017 09:05

Azərbaycanlı məmur qızının yeni fotoları yayıldı

29 Aprel 2017 09:05

"Instagram"dan sevindirici xəbər

29 Aprel 2017 09:03

Meksikada marixuana leqallaşdırıldı

29 Aprel 2017 08:57

Galaxy S8+-in ekranının dəyişilməsi neçəyə başa gələcək?

29 Aprel 2017 08:57

Obama 400 min dollar qazandı

29 Aprel 2017 08:57

“Əbu Səyyaf”ın lideri məhv edilib

29 Aprel 2017 08:52

Sergey Brinin gizli və sirli layihəsi

29 Aprel 2017 08:52

"Barselona" və "Real"ın əfsanələri 38 min tamaşaçının qarşısında oyun çıxartdı - VİDEO

29 Aprel 2017 08:48

Qəbələdə və Cəlilabadda yanğın olub

29 Aprel 2017 08:47

“Uber”in uçan taksini nə vaxt təqdim edəcəyi məlum oldu

29 Aprel 2017 08:47

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq

29 Aprel 2017 08:47

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29 Aprel 2017 08:42

İlk təhlükəsiz smartfon təqdim edildi

29 Aprel 2017 08:42

Bağdadda partlayış: 6 ölü

29 Aprel 2017 08:37

“Samsung”dan sürücülər üçün yenilik

29 Aprel 2017 08:37

Venesuela rəsmən Amerika Dövlətləri Təşkilatından çıxdı

29 Aprel 2017 08:33

"Skonto" hərraca çıxarılıb

29 Aprel 2017 08:32

"Ağıllı" balış hazırlanıb - VİDEO

29 Aprel 2017 08:32

Şimali Koreya ballistik raketi sınaqdan keçirib

29 Aprel 2017 08:27

“Instagram”da aktiv istifadəçilərin sayı 700 milyonu ötdü

29 Aprel 2017 08:27

Albaniya yeni prezidentini seçib

29 Aprel 2017 08:22

Əlillər üçün yeni qurğu yaradılıb - VİDEO

29 Aprel 2017 08:22

FIFA prezidentinə qarşı araşdırma başlandı

29 Aprel 2017 08:18

Xəzər dənizində zəlzələ olub

29 Aprel 2017 08:17

"Süni intellektə öz xatirələrimizi yükləyə biləcəyik"

29 Aprel 2017 08:17

Salyanda yaşlı kişini maşın vurub

29 Aprel 2017 08:17

“iPhone 8” haqqında video hazırlandı - VİDEO

29 Aprel 2017 08:12

Monteneqro NATO-ya üzv olur

29 Aprel 2017 08:12

Wemogee nitq qüsurlu insanlara kömək edəcək - VİDEO

29 Aprel 2017 08:12

Google Play-dəki virus 2 milyon smratfonu yoluxdurdu

29 Aprel 2017 08:05

Terror təşkilatının liderlərindən biri öldürüldü

29 Aprel 2017 08:05

Cəlilabadda yaşayış evi əşyaları ilə birgə yandı

29 Aprel 2017 08:03

Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb

29 Aprel 2017 08:02

Bakıda tükürpədən qəza - Maşın piyadanın üzərindən keçdi

29 Aprel 2017 07:58

"Barselona" və "Real"ın keçmiş ulduz futbolçuları üz-üzə gəlib

29 Aprel 2017 07:57

Bu sintezator istənilən səsi kopyalayır

29 Aprel 2017 07:57

Filippində zəlzələdən sonra sunami təhlükəsi elan olunub - YENİLƏNİB

29 Aprel 2017 07:52