Xəzər İbrahim: "Əsas məqsədimiz milli maraqlarımızı qorumaqla NATO-dan maksimum yararlanmaqdır" - FOTO

Xəzər İbrahim: "Əsas məqsədimiz milli maraqlarımızı qorumaqla NATO-dan maksimum yararlanmaqdır" - FOTO
11:42 15 Dekabr 2015
11 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mən NATO-nun fanatıyam" (19 Fevral 2017 10:48)
"Mən NATO-nun fanatıyam" (19 Fevral 2017 09:47)

Xəbər verdiyimiz kimi, Brüsseldə səfərdə olan Azərbaycanın bir qrup jurnalisti NATO-nun Mənzil Qərargahında olub, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahimlə görüşüblər. Jurnalistləri nümayəndəliyin işi ilə yaxından tanış edən X.İbrahim daha sonra 8 jurnalistin suallarına cavab verib.

Trend-in əməkdaşının da iştirak etdiyi həmin müsahibəni təqdim edirik:

- Xəzər müəllim, Azərbaycanın NATO yanında Nümayəndəliyinin fəaliyyəti ilə bağlı məlumat verməyinizi xahiş edirik.

- Mən öz növbəmdə sizə Brüsselə qədər gəlib bizim işimizlə yaxından maraqlandığınız üçün təşəkkürümü bildirirəm. Əvvəlcə onu qeyd edim ki, hazırda bizim nümayəndəlikdə mən də daxil olmaqla 11 əməkdaş çalışır. Bu əməkdaşlarımızın hamısı XİN tərəfindən keçirilən imtahanı fərqlənmə ilə keçən şəxslərdir. Tam səmimi deyə bilərəm ki, əməkdaşlarımızın hər biri öz sahəsinin peşəkarıdır. Onlardan 2-si hərbçidir. Biri polkovnik rütbəsi daşıyır və hərbi nümayəndəmiz kimi çalışır. Bu əməkdaşlarımız Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş və ixtisasca da hərbçi olan kadrlardır. Nümayəndəliyin qalan əməkdaşları isə XİN tərəfindən təyinatla çalışırlar.

- Azərbaycanın NATO ilə əməkdaşlığı hansı səviyyədədir və bu əməkdaşlığın inkişafı üçün hansı işlər görülür?

- Bizim NATO-da fəaliyyətimizin ən əsas məqsədi bu beynəlxalq təşkilatdan maksimum səviyyədə bütün istiqamətlərdə bəhrələnməkdir. Bunu ürək rahatlığı ilə deyə bilərəm ki, hazırda bizim NATO ilə çox sıx əməkdaşlığımız var. Təsadüfi deyil ki, NATO-nun baş katibi ən son bəyanatında Azərbaycanın adını ən yaxın tərəfdaş ölkə kimi çəkib və bu əlaqələrin hazırda bir çox ölkələrə örnək olmalı olduğunu dilə gətirib. Bilirsiniz ki, cənab prezidentin NATO-ya müntəzəm səfərləri olur. NATO ilə əlaqələrin daha da gücləndirilməsi istiqamətində, ölkə başçısının göstərişləri var və bu göstərişlərin hamısı yerinə yetirilir. Xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda NATO-ya səfəri baş tutdu və yəqin ki, müdafiə naziri Zakir Həsənovun da səfəri yaxın aylarda gerçəkləşəcək. Yəni, bu gün Azərbaycanla NATO arasında hərbi, hərbi-siyasi əməkdaşlıq çox yaxşı səviyyədə gedir. Bizim ən əsas məqsədimiz isə milli maraqlarımızı qorumaqla NATO-dan maksimum səviyyədə ordumuzun inkişafı, ordu quruculuğu və digər sahələrdən yararlanmaqdır.

- NATO ilə daha çox hansı istiqamətlərdə yaxından əməkdaşlıq edirik?

- İlk növbədə onu deyim ki, biz NATO ilə müdaifə sahəsində yaxın tərəfdaşıq. Bizim ən ümdə məsələmiz bu sahədə zabitlərimizin NATO təcrübələrinə maksimum səviyyədə yararlanmasını təmin etməkdir. Bunun üçün bizə NATO-nun təlimlərində və əməliyyatlarında aktiv şəkildə iştirak etməyimiz lazımdır. Bilirsiz ki, bu istiqamətdə Azərbaycan hərbçilərinin 1999 - 2008-ci ilə qədər NATO-nun hərbi birləşmələri ilə Kosovada hərbi təlimlərdə iştirakı təmin edilib. Bizim sülhməramlılarımız 2002-ci ildən NATO əsgərləri ilə bir yerdə Əfqanıstanda xidmət edirlər. Və yeganə ölkəyik ki, hələ bu günə kimi heç bir itki verməmişik. İkincisi, biz daha çox NATO-nun hərbi-dəniz, hava qüvvələri və digər bir çox sahələrində keçirilən hərbi təlimlərində iştirak edirik. Bu da bizim üçün çox böyük imkanlar yaradır. Onu da deyim ki, NATO-nun təlimlərdən öncə tələblərindən biri də hərbçilərin ən azı bəsit məlumatlara sahib olmalarıdır. Məsələn, hərbçilərimizin ən azından dil bilgiləri olmalıdır və ya bizim kommunikasiyamızla onlarınkı arasındakı fərqi bilməlidirlər. Bunun üçün də kiçik kurslar təşkil edirlər. Yəqin ki, siz müxtəlif dövrlərdə silahlı qüvvələrimizin üzvlərinin vaxtaşırı xaricdə kurslarda iştirak etmələri ilə bağlı məlumatlarla rastlaşmısınız. Biz bu məsələylə bağlı hər il kursların siyahısını hazırlayır və bizə lazım olan kursları qeyd edib oraya hərbçilərimizi göndəririk.

- Xəzər müəllim, NATO tərəfdaşlıq istiqamətində bizə nə təklif edir?

- NATO zabitlərimizlə bağlı çox yaxşı təkliflər irəli sürür. Məsələn, onlar zabitlərimizin bütün xərclərini qarşılamaq şərti ilə bu quruma göndərməyimizi təklif edirlər. Orada onlar NATO tərəfindən verilən vəzifələri icra etməyə başlayacaqlar. Bu çox yaxşı bir təcrübədir. Təsəvvür edin ki, Azərbaycan zabiti 2 il ərzində hasısa bir NATO zabiti ilə bir yerdə oturur və onunla birlikdə təcrübə mübadiləsi aparır. Mən sizə bir məlumat da verim ki, bizim bir zabitimiz NATO-nun tarixində yeganə tərəfdaş zabit kimi təşkilatın ən yüksək medalı ilə təltif edilib. Və bu şəxs hazırda Müdafiə Nazirliyində planlaşdırma işi ilə məşğuldur. Bundan başqa, hazırda bizim 2 zabitimiz NATO-da planlaşdırma sahəsində çalışır.

- Qeyd etdiyiniz kimi, bizim zabitimiz NATO tarixində ən yüksək medalla təltif edilib. Maraqlıdır, o hansı özəllikləri ilə belə bir nüfuzlu medalla mükafatlandırlıb?

- Bu onun NATO standartlarına uyğun fəaliyyəti və digər NATO əməkdaşlarına öz gördüyü planlaşdırma işində köməklik göstərməsinə görədir. Deməli, zabitimizin səlis işi, nizam-intizamı NATO zabitləri tərəfindən dəyərləndirilib və bu yüksək medal ona verilib.

- Xəzər müəllim, tez-tez həm mətbuat səhifələrində, həm də diplomatlarımızın dilindən "NATO standartları" deyimini eşidirik. Ümumiyyətlə, NATO standartları dedikdə nə başa düşülür?

- NATO standartları o qədər də qəliz olmayan, amma bir o qədər də vacib olan bir sistemdir. Bu standartları öyrənmək üçün mütləq NATO-nun tələblərinə uyğun təlimlərdə iştirak edib ekspert kimi fəaliyyət göstərməlisən. Bundan sonra hansısa NATO standartları ilə bağlı fikir söyləyə bilərsən. Bizim hazırda 2 zabitimiz bu standartları yaxından öyrənməklə məşğuldur.

- Azərbaycan NATO yanında Nümayəndəliyinin özünüzdən öncəki fəaliyyəti ilə də tanışsınız. Sizcə, Azərbaycan - NATO münasibətlərinin səviyyəsi sizdən öncəki tarixdəmi, yoxsa bu gün daha yüksəkdədir?

- Bizim NATO ilə əməkdaşlığımızın bu günü hər zaman dünənkindən yüksəkdə durub. Siz əgər bu sualı 2020-ci ildə də versəniz, yenə də o zamanın günü dünənkindən yüksəkdə duracaq. Və mən əminəm ki, məndən sonrakı nümayəndəlik rəhbərinin dövründə də bu münasibətlər yüksələn xətlə inkişaf edəcək. Çünki biz bu təşkilatla o qədər yüksək praktik tərəfdaşlığa imza atmışıq ki, onun azalması mümkün deyil.

- Bir ara mətbuatda bizim NATO ilə əməkdaşlığımızın ikinci plana keçməsi ilə bağlı müxtəlif məlumatlar yayımlanmışdı. Xüsusən də Müdafiə Naziriliyində son illər baş verən dəyişiklikdən sonra. Sizin fikrinizi bilmək maraqlı olardı.

- İnanın ki, Azərbaycanın NATO ilə münasibəti dünənkindən daha sürətlə və dinamik inkişaf etməkdədir. Belə bir şey yoxdur. Biz bəzi dövlətlər kimi NATO ilə əməkdaşlığı, əməkdaşlıq xətrinə etmirik. Və ya hansısa fərziyəvi məqsədlər üçün əməkdaşlıq etmirik. Bizim maraqlarımız oratadadır. Bizə buradan hansı təcrübə lazımdırsa, onu alırıq və alacağıq da. Əgər 90-cı ildə Azərbaycan NATO-dan faydalanırdısa, bu gün bu münasibət qarşılıqlı səviyyəyə keçib. Artıq biz özümüz də NATO-ya töhfə verə bilirik.

- Xəzər müəllim, bu binada Ermənistan nümayəndəliyi də yerləşir. Bizim üçün bunu bilmək maraqlı olardı. NATO bizimləmi, yoxsa Ermənistanlamı əməkdaşlığa daha çox maraqlıdır? Hər halda, sizdə buna aid təhlillər və araşdırmalar var.

- Onu deyim ki, NATO əməkdaşlıq etdiyi ölkələrin hərbi hazırlıq imkanlarını bir müddət sonra dəyərləndirməyə başlayır. NATO-nun yanaşması ölkələrin standartlara uyğunluğu ilə yanaşı, onların əməkdaşlıqda göstərdikləri səylərdən asılır. Məsələn, əgər bir ölkə əməkdaşlığı az öncə qeyd etdiyim kimi əməkdaşlıq xətrinə edirsə, mütləq NATO-nun hesabatlarında bu öz əksini bir formada tapacaq. Tam səmimi deyirəm ki, NATO-nun bizə verdiyi məlumatda bizim silahlı qüvvələrin çox yüksək səviyyədə olduğu qeyd edilir. Və əlbəttə ki, bu bütün hesabatlarda xüsusi olaraq qeyd edilir. Bizim hazırlıq səviyyəmiz digər ölkələrdən qat-qat yüksəkdir və bu proses artan xətt üzrə inkişaf edir. Və tam səmimi deyə bilərəm ki, bizimlə Ermənistan arasında bizim xeyrimizə olan çox böyük fərq var.

- Azərbaycanla NATO-nun əməkdaşlığı 1994-cü ildən davam edir. Maraqlıdır, NATO-ya üzv ölkələrlə tərəfdaşlıq edən ölkələr arasında təlim kurslarının səviyyəsi eynidirmi?

- Bəli, burada heç bir fərq yoxdur. Hər kəsə bərabər kurslar təqdim edilir. Məsələn, biz 1997-ci ildə Cənubi Qafqazda hərbi planlaşdırma sahəsində NATO-nun təlimlərinə qoşulan ilk ölkə olmuşuq. Təbii ki, qeyd etdiyim kimi öz milli maraqlarımızı əsas götürərək bizə lazım olan sahələrdə təlimlədə iştirak edirik.

- Hazırda neçə zabitimiz NATO-nun təlimlərində iştirak edir?

- İldə hərbi sahədə 200-ə yaxın hərbçimiz hərbi təlimlərdə iştirak edir. Onlar 28 müxtəlif ölkədə NATO-nun tapşırıqlarını yerinə yetirirlər. Onlardan 2-si burada - NATO-nun binasında, 2 zabitimiz NATO-nun baş Avropa Komandanlığında, 1 zabitimiz ABŞ-da, 1 zabitimiz Hollandiyada və digər bir zabitimiz də Neapolda çalışır. Demək olar ki, hər yerdə bizim zabitlərimiz var.

- NATO rəsmiləri ilə görüşümüzdə bildirildi ki, bizim motoatıcılarımız NATO-da keçirilən təlimlərin birində yüksək nəticə göstəriblər.

- Bəli, bu doğrudur. Bizdə buna aid məlumatlar çoxdur. Amma bu barədə çox məlumat verə bilmərik. Çünki ən ağıllı, praqmatik yanaşma iş bitəndən sonra məlumat verməkdir...

Qeyd edək ki, jurnalistlərin Brüsselə səfəri "Azərsun" şirkətinin dəstəyi ilə baş tutub.

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qatıq suyu ilə bir çox xəstəlikdən qurtulun

22 May 2017 21:52

Rusiya Türkiyədən pomidor tədarükünə qoyulan qadağanı götürməyəcək

22 May 2017 21:52

Dubayda daha bir MÖHTƏŞƏM YENİLİK

22 May 2017 21:48

Avtobusda qızlar arasında düşən davanı şahidlər lentə aldı - VİDEO - FOTO

22 May 2017 21:47

BMT-nin baş katibi KXDR-nı raket sınaqlarını dayandırmağa çağırıb

22 May 2017 21:43

Azərbaycanda QƏRİBƏ OLAY: evdə hər şey öz-özünə alışıb yanır - VİDEO

22 May 2017 21:42

Van Dammın 25 yaşlı qızı - FOTO

22 May 2017 21:37

Çiyələk və gilas 87 manata - ŞOK QİYMƏTLƏR - FOTOLAR

22 May 2017 21:33

"İran heç vaxt nüvə silahına malik olmayacaq"

22 May 2017 21:32

Gəzinti Alzheymer xəstəliyinin riskini azaldır

22 May 2017 21:32

Bəyazın verilişində 35 yaşlı dünya gözəlindən möhtəşəm RƏQS - VİDEO

22 May 2017 21:32

İslam Oyunlarının bağlanış mərasimi başlayıb -

22 May 2017 21:28

Sizcə, bunlar nədir? - FOTO

22 May 2017 21:27

Ət və şokolad yeyəndə... depressiyaya düşürsən

22 May 2017 21:27

Ananın qabırğa sümüklərindən oğlu üçün qulaq hazırlandı - DÜNYADA İLK - VİDEO

22 May 2017 21:23

Bu meyvə xərçəngin qarşısını alır - BİLMƏDİYİNİZ FAYDALARI

22 May 2017 21:17

Ekstrasens Məlahət tapıldı və elə şeylər dedi ki...

22 May 2017 21:12

"Həmin gənclərə sözüm odur ki..." - FOTO

22 May 2017 21:12

7 xəstəliyə çarə olan QIZILI YAĞ

22 May 2017 21:12

Məşhur mütəxəssis Premyer Liqa klubundan qovuldu

22 May 2017 21:07

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

22 May 2017 21:05

Arvadı Trampı İsraildə biabır etdi - VİDEO

22 May 2017 21:03

Azərbaycan və BƏƏ XİN başçıları arasında görüş keçirilib

22 May 2017 21:02

Qadınların həyatdakı ən gözəl vəzifəsi… -

22 May 2017 21:00

"Qonşuda yatırıq ki, sel bizi aparar" - Şamaxıda leysan - VİDEO - FOTO

22 May 2017 20:57

Tramp: “İran buna heç vaxt nail olmayacaq”

22 May 2017 20:53

İslamiadanın bağlanış mərasimi necə olacaq?

22 May 2017 20:52

Açılışa alt paltarında gəldi - FOTO

22 May 2017 20:52

Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının detalları açıqlandı -

22 May 2017 20:50

Tramp: “İran Obamaya minnətdar olmalıdır”

22 May 2017 20:49

35 milyonluq ulduz "Real"dan gedir? - RƏSMİ

22 May 2017 20:47

23 yaşlı qız onu zorlamaq istəyən kişinin cinsiyyət orqanını kəsdi - VİDEO - FOTO

22 May 2017 20:47

Bakı Olimpiya Stadionunda möhtəşəm konsert başladı

22 May 2017 20:38

"Oyunlar İslam Ümmətində həmrəyliyin güclənməsinə öz töhfəsini verəcək"

22 May 2017 20:32

Səmranın sinə dekolteli geyimi - FOTO

22 May 2017 20:32

Prezident İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul edib

22 May 2017 20:31

Ötən il 31 milyon insan öz evlərini tərk edib - SƏBƏB

22 May 2017 20:27

"Kimdə sənətə qarşı canfəşanlıq qalıb?" - Elnur - FOTO

22 May 2017 20:27

İslamiadaya görə veriləcək mükafatın məbləği - 25 milyon 650 min

22 May 2017 20:27

"Belə bir adamı artıq tanımıram"

22 May 2017 20:22

Elmar Məmmədyarov və BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri mətbuata birgə açıqlama veriblər

22 May 2017 20:22

Türkiyədə “Microsoft”a qarşı cinayət işi açılıb

22 May 2017 20:22

İslam Oyunlarının bağlanış mərasiminin detalları məlum oldu

22 May 2017 20:17

“Çevriliş cəhdi ilə...” - Qiyamın əsas şübhəlisindən İLK İFADƏ

22 May 2017 20:13

Bütün gecə hər kəsin gözü onda oldu - FOTO

22 May 2017 20:12

Cənubi Koreyalı turist: Bakı İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır

22 May 2017 20:08

Dərman qutusundan narkotik vasitə və psixotrop maddələr çıxıb

22 May 2017 20:08

Bakı klubunda "Xəzər Lənkəran"dakından 15 dəfə az qazanıb - FOTO

22 May 2017 20:07

Adam qanına susayan PREZİDENT, iyulda MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

22 May 2017 20:03

Naxçıvanda torpaqların öyrənilməsi üçün 150-dən çox ekspedisiya təşkil olunub

22 May 2017 20:02