Son 12 ildə Azərbaycanda əhalinin sayı 16 faiz artıb

Son 12 ildə Azərbaycanda əhalinin sayı 16 faiz artıb
11:44 15 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” mövzusunda tədbir keçirilib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev demoqrafiya sahəsində siyasətin hər bir dövlətin sosial siyasətinin mühüm tərkib hissəsini təşkil etdiyini diqqətə çatdırıb: “Ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasında BMT-nin 1994-cü ildə Qahirə konfransında qəbul etdiyi “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramı xüsusi yer tutur. Şərqi Avropa və MDB məkanında ilk dəfə Azərbaycanda 1999-cu ildə Demoqrafik İnkişaf Konsepsiyasının, 2004-cü ildə isə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilib”.

 

İ.İsayev bildirib ki, son 12 il ərzində ölkə əhalisinin sayı 16 faiz artaraq 2015-ci il 1 sentyabr tarixinə 9 milyon 666 min nəfər təşkil edib. Təbii artım əmsalı 1,3 olub, hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb, hər 1000 nәfәrә düşən ölüm səviyyəsi isə 6,0 nəfərdən 5,9 nəfərədək azalıb.

Nazir müavini Azərbaycanda əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil etdiyini bildirərək bu göstəricinin ümumdünya göstəricisindən fərqli olduğunu qeyd edib. O bildirib ki, hazırda dünya əhalisinin 50,4 faizini kişilər, 49,6 faizini qadınlar təşkil edir. Dünya əhalinin cins strukturunun kişilərin xeyrinə dəyişməsinin əsas səbəbi Çin və Hindistanın əhalisinin cins strukturunda kişilərin üstünlük təşkil etməsidir. Belə ki, bu ölkələrdə əhalinin təqribən 52 faizi kişilərdir. Həmin ölkələrin əhalisinin dünya əhalisinin 36 faizdən çoxunu təşkil etməsi ümumdünya göstəricinə öz təsirini göstərmişdir. Çində hər 100 doğulan qıza 120, Hindistanda isə 108 oğlan düşür. Bu göstəricilər əhali arasında doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə pozulması halı kimi qiymətləndirilir.

Nazir müavini vurğulayıb ki, ölkəmizdə də diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: “Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106 olub. 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan, 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır”.

Doğulanların cins nisbətinin pozulmasının ümumi əhalinin cins strukturunu da dəyişdiyini qeyd edən nazir müavini nəzərə çatdırıb ki, əhalinin siyahıya alınması üzrə məlumatlara əsasən, 1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048 qadın, 2009-cu ildə isə 1021 qadın düşüb. Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür: “Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir”.

İ.İsayev əlavə edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla “Azərbaycanda əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsi hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunub: “Dövlət Proqramının 2025-ci ilə qədər əhatə edəcəyi dövrdə ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə də ayrıca bölmə kimi xüsusi yer ayrılıb”.

Daha sonra Hacettepe Universitetinin Əhali Araşdırmaları İnstitutunun professorları İsmet Koç və Mehmet Ali Eryurt tərəfindən doğulanlar arasında cins nisbətinin inkişafının müxtəlif ssenarilər əsasında demoqrafik proqnozları təqdim olunub və təqdimat əsasında müzakirələr aparılıb.

Müzakirələrdə doğulanlar arasında cins nisbətinin pozulması hallarının qarşısının alınması məqsədi ilə hazırlanacaq Fəaliyyət Planında abort siyasətinə yenidən baxılması, hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması, qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması, qadınların ictimaiyyətdə rolunun artırılması, onların kişilərdən iqtisadi asılılığının azaldılması, onların məşğulluğunun artırılması, sosial və iqtisadi mövqelərinin gücləndirilməsi, gender üzrə intensiv maarifləndirmə proqramlarının tətbiq edilməsi istiqamətində tədbirlərin nəzərdə tutulmasını zəruriliyi bildirilib.

 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb

23 İyul 2017 08:52

Qaldırıcı kran sındı: 7 ölü, 2 yaralı

23 İyul 2017 08:38

Türkiyədə "Qarabağ" parkının açılışı olub

23 İyul 2017 08:32

Əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıldı - VİDEO

23 İyul 2017 08:23

ABŞ Ankaranın “S-400” almaq niyyətindən narahatdır

23 İyul 2017 08:19

İrandan gözdağı -

23 İyul 2017 08:18

Pentaqon: Rusiya və İran arasında tezliklə rəqabət başlayacaq

23 İyul 2017 08:04

Günvurmanın qarşısını alan çay

23 İyul 2017 08:03

Fələstin İsrailə raket atdı

23 İyul 2017 07:47

Mayli Sayrus təbiət qoynunda - FOTO

23 İyul 2017 07:32

Bakı sakini intihar etmək üçün özünü bıçaqlayıb

23 İyul 2017 07:32

Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə gedir

23 İyul 2017 07:28

Filippinin cənubunda hərbi vəziyyət rejiminin müddəti uzadıldı

23 İyul 2017 07:26

Qonaqları toya aparan traktor aşdı: 20 yaralı

23 İyul 2017 07:24

Pentaqon Rusiyanı böyük təhlükə adlandırdı

23 İyul 2017 07:14

Makronun reytinqi düşdü

23 İyul 2017 07:13

Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub

23 İyul 2017 06:42

Məşhur aktyor vəfat etdi

23 İyul 2017 06:39

75 il əvvəl itkin düşmüş cütlüyün qalıqları tapıldı -

23 İyul 2017 06:35

"Taxtlar oyunu"nun ulduzu fərqli obrazda - FOTO

23 İyul 2017 06:32

Bu idman növünün adı dəyişdirildi

23 İyul 2017 06:14

Martin Şülts yeni qaçqın böhranından narahatdır

23 İyul 2017 06:12

Ərdoğan Körfəz ölkələrinə səfərə gedir

23 İyul 2017 05:59

Mexikoda gözəl ev - FOTO

23 İyul 2017 05:32

"VAZ" kül oldu

23 İyul 2017 05:14

İstifadə etdiyimiz 13 "ÇİRKLİ" ƏŞYA - FOTOLAR

23 İyul 2017 05:13

Venesuela müxalifəti ölkədə tətillərin olacağını elan edib

23 İyul 2017 05:12

Alt paltarlarının satışa çıxarılması Madonnanı qəzəbləndirdi -

23 İyul 2017 04:56

Cici, Ənvər və Zeyn - FOTO

23 İyul 2017 04:32

BMT-də TƏCİLİ İCLAS

23 İyul 2017 04:18

Bəşər Əsədə sadiq qüvvələr iki yaşayış məntəqəsini İŞİD-in əlindən alıb

23 İyul 2017 04:17

BMT TŞ Yerusəlimə dair təcili iclas keçirəcək

23 İyul 2017 04:14

Youtube video serveri İŞİD-ə qarşı funksiya hazırlayır

23 İyul 2017 04:07

Sumqayıtda yaşayış binasında yanğın - 8 sakin təxliyə olundu

23 İyul 2017 03:48

Makronun reytinqi 10% aşağı düşüb

23 İyul 2017 03:47

Məşhur aktyorun yeni FOTOları

23 İyul 2017 03:32

Romada içməli su qurtarır

23 İyul 2017 03:19

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

23 İyul 2017 03:06

Təndirxana və taxta sexi yandı

23 İyul 2017 03:04

Alimlər əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıblar

23 İyul 2017 03:02

İran yeni raketlərinin istehsalına başladı

23 İyul 2017 02:53

Emili və Devid - FOTO

23 İyul 2017 02:32

Yunanıstanda iki güclü zəlzələ

23 İyul 2017 02:18

Ərəb şeyxindən 222 milyon avroluq təklif -

23 İyul 2017 02:15

Cazibədar İzabeli - FOTO

23 İyul 2017 01:32

"Ankaraya aid siyasətə yenidən baxmaq lazımdır" - Merkelin dəftərxanasının rəhbəri

23 İyul 2017 01:27

Robot özünü suya ataraq intihar etdi -

23 İyul 2017 01:09

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər

23 İyul 2017 00:26