Azərbaycan çempionatının mükafatçılarını İtaliyada soyundurdular - FOTO

Azərbaycan çempionatının mükafatçılarını İtaliyada soyundurdular - FOTO
11:52 15 Dekabr 2015
277 İdman
Ölkə mətbuatı
A- A+

İl sona yaxınlaşdıqca komandalar diqqətlərini meydandan kənar fəaliyyətə yönəldirlər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu dəfə İtaliyanın "Kasalmaqqiore" voleybol klubu yarıçılpaq təqvimlə azarkeşlərinin görüşünə gəlib.
 
Heyətində Azərbaycan Super Liqasında da oynamış Lauren Gibbemeyer, Marqareta Kozux və Karli Lloyd kimi ulduzların yer aldığı komanda müxtəlif pozalarda fotoobyektiv qarşısına keçib. Onlar müxtəlif döyüş obrazları da yaratmaqla, tək meydanda deyil, istənilən sahədə rəqabətə hazır olduğunu nümayiş etdiriblər.
 
A seriyasının son qalibinin 2016-cı il üçün təqviminin üz qabığını isə məşhur Françeska Piççinini bəzəyir. Dünyanın ən seksual voleybolçularından sayılan ulduz 36 yaşı olmasına baxmayaraq, hələ də gözəlliyi ilə diqqətləri çəkmək iqtidarında olduğunu göstərib.
 
Təqvimin satışından əldaə olunacaq vəsait isə Afrikada fəaliyyət göstərən AMURT dərnəyinə bağışlanacaq.
 
Qeyd edək ki, Gibbemeyer 2013/2014 mövsümündə "Lokomotiv"i il başa çatmamış tərk etsə də, Lloyd 1 il sonra bu komanda ilə Super Liqanın gümüş medalını qazanıb. Həmçinin, "Azərreyl"in şərəfini qorumuş Kozux da Azərbaycan çempionatının (2013/2014) ikincisi olub. 

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR