Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Lavrov-Kerri görüşü başladı

Lavrov-Kerri görüşü başladı

Date: 15 December 2015 12:06

ABŞ dövlət katibi Con Kerri Moskvaya səfəri başlayıb. Artıq Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü başlayıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, onların görüşündə əsas müzakirə mövzusunun Suriyadakı vəziyyət, terrorizmlə mübarizə olacağı gözlənilir. Danışıqlardan sonra amerikalı rəsminin Rusiya prezidenti Vladimir Putin tərəfindən də qəbul ediləcəyi gözlənilir.

Görüşdən öncə Ağ ev Kerinin səfərini şərh edərək bildirmişdi ki, Vaşinqton Rusiyanı ABŞ-ın rəhbərliyi ilə yaranmış koalisiyaya qoşulmağa inandırmağa çalışacaq.

ABŞ Rusiyanın Suriyadakı problemin həllindəki rolunun böyük olduğunu etiraf edir. "Diplomatik sahədə əldə edilən uğur rusların iştirakı olmadan əldə edilə bilməzdi.

Rusiyanın Suriya ilə bağlı danışıqlarda konstruktiv iştirakı faydalı olub. Mən əminəm ki, bu Kerrinin Moskva görüşlərində müzakirələrin də əsas hissəsi olacaq", deyə Ağ evin mətbuat xidmətindən verilib.

Tags:  Lavrov-Kerri görüşü başladı



RƏYLƏR


Top news