Millimiz dünya reytinqində irəlilədi

Millimiz dünya reytinqində irəlilədi
12:12 15 Dekabr 2015
14 İdman
Ölkə mətbuatı
A- A+

Dünya çempionatının seçmə mərhələ oyunlarından sonra futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması planetin 11-ci komandasıdır.

Seçmə mərhələnin Xorvatiyada keçirilən qarşılaşmalarında İsveçi 8:2, Belarusu 7:2 məğlub edib, meydan sahibləri ilə heç-heçə edən (4:4) komandamız dünya reytinqində 2 pillə irəliləyib. Bundan əvvəlki cədvəldə 13-cü olan komandamızın irəliləyişinə 19 xal qazanması səbəb olub. Belə ki, artıq yığmamızın hesabında 1388 xal var.
 
Bunun nəticəsində millimiz Paraqvay və Çexiyanı arxada qoyub. Dünyanın ilk "onluğ"unun bir addımlığında olan yığmamız Avropa komandaları arasında 6-cı yerdədir. Yalnız qitə nəhəngləri - İspaniya, İtaliya, Rusiya, Portuqaliya, həmçinin Ukrayna millimizi arxada qoyur.
 
Qeyd edək ki, ümumilikdə 154 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir - 1923 xal.
 
Dünyanın ən güclü 11 millisi
1. İspaniya - 1923
2. Braziliya - 1909
3. Rusiya - 1752
4. İtaliya - 1687
5. İran - 1621
6. Argentina - 1620
7. Portuqaliya - 1584
8. Ukrayna - 1509
9. Kolumbiya - 1436
10. Yaponiya - 1411
11. AZƏRBAYCAN - 1388

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR