ABA-nın İT üzrə Ekspert Qrupunun ilk iclası keçirilib

12:13 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən İT üzrə Ekspert Qrupunun ilk iclası keçirilib.

ABA-dan Trend-ə verilən məlumata görə, Qrupun yaradılmasında əsas məqsədi banklarda xərclərin optimallaşdırılması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin və əməliyyatların sürətinin artırılması üçün zəruri proqram təminatlarının nəzərdən keçirilməsi, xarici təcrübəyə əsaslanaraq yeni tətbiqlərin banklarda istifadə edilməsinin davam etdirilməsi istiqamətində fəaliyyətin koordinasiyasından ibarətdir.

Həmçinin Qrupda Informasiya Texnologiyaları sistemlərinin tətbiqi və idarə olunması, Informasiya təhlükəsizliyi, bank əməliyyat sistemləri, yerli və xarici İT şirkətlərlə iş aparılması, rəqəmsal texnologiyalarla əlaqədar yerli bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə innovativ yanaşmaların öyrənilməsi, əlaqədar standartların hazırlanmasında iştirak və digər bu qəbildən olan fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

İT üzrə Ekspert Qrupun fəaliyyətinin koordinasiyasını ABA-nın Rəyasət Heyətində təmsil olunan “Kapitalbank” ASC öz üzərinə götürmüşdür. Qrupun fəaliyyət istiqamətlərinin qrup üzvlərilə razılaşdırmaqla müəyyən edilməsi, fəaliyyətinin təşkili və ümumilikdə işinə rəhbərlik edilməsi “Kapitalbank” ASC-nin Baş İnformasiya Texnologiyaları İnzibatçısı Ramin Qarayevə həvalə edilmişdir.

Qrupunun ABA-nın ofisində baş tutan iclasında Kapital Bank, Bank of Baku, Express Bank, AGBank, Unibank, BankRespublika, Yapı Kredi Bank, BTB Bank, Artabank, Pakistan Milli Bankı Bakı filialı, VTB Bank, Muğanbank, Kredobank, Azərbaycan Sənaye Bankı iştirak etmişdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2469650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR