Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Narkotacirə 6 il həbs verildi

Narkotacirə 6 il həbs verildi

Date: 15 December 2015 12:14

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nağı Həmidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Nağı Həmidov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Nağı Həmidov Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən külli miqdarda narkotik maddə aşkarlanıb. Ona Cinayət Məcəlləsinin 234 (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanıb


Tags:  Narkotacirə il həbs verildi

RƏYLƏR


Top news