Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəmkirin 3 kəndinə ilk dəfə təbii qaz verilib

Şəmkirin 3 kəndinə ilk dəfə təbii qaz verilib

Date: 15 December 2015 12:18

Bakı. Trend:

Dekabrın 15-də Şəmkir rayonunun Günəşli, Qaralar və Yuxarı Çaykənd kəndlərinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.

İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, dekabrın 15-də Şəmkir rayonunun Günəşli, Qaralar və Yuxarı Çaykənd kəndlərinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, ümumilikdə 411 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 35,7 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Şəmkirin kəndinə ilk dəfə təbii qaz verilib

RƏYLƏR


Top news