Rusiya-Türkiyə gərginliyi: vasitəçi kim ola bilər?

Rusiya-Türkiyə gərginliyi: vasitəçi kim ola bilər?
12:22 15 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə gərginlik azalmır. Əksinə, Kreml Türkiyənin bölgədəki maraqlarını zəiflətmək üçün əlindən gələni edir. Rusiya Türkiyə ilə İraq arasındakı münasibətlərə də qarışaraq bu məsələni BMT müstəvisinə çıxarmaq istəyir. Günlərdir “Türkiyə İŞİD-dən neft alır” ittihamı ilə çıxış edən rusiyalı rəsmilər bu məsələni də BMT müstəvəsinə çıxarmağa hazırlaşırlar. Ayrıca, Rusiya mediası və bir qrup ermənipərəst təhlilçisi televiziya ekranlarından Türkiyəyə hədələr yağdırmağı davam edirlər. Bu arada, Rusiyanın hərbi gəmilərindən birinin Egey dənizində Türkiyənin balıqçı gəmisini atəşə tutması münasibətlərin daha da gərginləşə biləcəyindən xəbər verir.

Hadisələrin bu istiqamətdə gedişatı tərəflərə yaxşı heç nə vəd etmir, bölgədə lokal toqquşmaların genişmiqyaslı xarakter ala biləcəyi təhlükəsi var. Bu isə digər bölgə ölkələri üçün də təhlükəli vəziyyət yaradır. Demək bu gedişata kimsə “dur” deməlidir. Günün ən aktual məsələsi Rusiya ilə Türkiyə arasında dilaoqun başlanmasıdır. Ankara dialoq tərəfdarıdır, Moskva isə “üzr istənilsin və təzminat ödənilsin” strategiyasından geri addım atmır. Ankara isə bu strategiyanı məqbul saymır. Deməli, kimsə birinci Moskvanı anlatmalıdır ki, əvvəlcə dialoq olmalıdır ki, bütün məsələlər müzakirədə saf-çürük edilsin.
Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya gəldi və Azərbaycan prezidenti İlham Əliyev iki dövlət arasında vasitəçi ola biləcəyini açıqladı. Hər iki tərəf Azərbaycan prezidentinin təşəbbüsünü yüksək qiymətləndirdi, ancaq təəssüf ki, proses tərpənmədi.
Qazaxıstan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi çərçivəsindəki strateji müttəfiqidir. 

Bakı kimi Astananın da həm Ankara, həm də Moskva ilə sıx münasibətləri var. Qazaxıstan prezidenti də iki dövləti barışdırmaq istəyir. Ancaq Kreml hələ ki, Astanadan gələn səsləri də eşitmək istəmir. 
Üçüncü dövlət də var ki, o da Rusiya ilə Türkiyə arasında barışdırıcı missiyanı həyata keçirə bilər. Bu dövlət Belarusdur. Belarus prezidentiAstananın da həm Ankara, həm də Moskva ilə sıx münasibətləri var. Qazaxıstan prezidenti də iki dövləti barışdırmaq istəyir. Ancaq Kreml hələ ki, Astanadan gələn səsləri də eşitmək istəmir.
  Aleksandr Lukaşenko Rusiya-Ukrayna böhranı zamanı artıq pozitiv barışdıcırı missiyasını sübut edib. Məhz Lukaşenkonun səyi nəticəsində Ukrayna ilə Donbass şeparatçıları arasında atəşkəs əldə olundu və təminatçı kimi Almaniya, Fransa və Rusiya dövlət başçıları çıxış etdilər. Bu danışıqlar tarixə “Minsk prosesi” kimi düşdü.

Lukaşenko son açıqlamasında Rusiya ilə Türkiyə arasında gərginliyə son qoyulması vacibliyini bildirərək dialoq təklif edib. Belarus da Qazaxıstan kimi Rusiyanın hərbi və siyasi müttəfiqidir. Buna baxmayaraq, Lukaşenko Türkiyə ilə sıx əlaqələrə üstünlük verir. Türkiyənin Belarusda investisiyaları var, birgə iqtisadi layihələr həyata keçirilir. Üstəgəl də bu həftə Aleksandr Luakenkonun Moskvaya səfəri başlayıb. Aydındır ki, Lukaşenko öz təkliflərini birbaşa rusiyalı həmkarına da bildirəcək.
Beləliklə, ən azı 3 dövlət Rusiya-Türkiyə münasibətlərinin normallaşması üçün vasitəçilik təşəbbüslərini irəli sürüb. Kreml hələ ki, heç birinə müsbət cavab verməyib. Rusiyanın bu siyasəti onun təklənməsinə aparıb çıxarır. Çünki, az qala bütün dövlətlər Rusiya ilə Türkiyə arasında dialoqun vacibliyindən danışırlar. Bəlkə də Rusiyanı növbəti dəfə dialoqa dəvət etməyin yolu Azərbaycanın, Qazaxıstanın və Belarusun səylərini birləşdirməsindən keçir.
Elxan Şahinoğlu, xüsusi olaraq "Report" üçün.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/rusiya-turkiye-gerginliyi-vasiteci

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR