Azərbaycan Dövlət İqtisad Universiteti müəllimlərinin ilk reytinqi müəyyənləşib

Azərbaycan Dövlət İqtisad Universiteti müəllimlərinin ilk reytinqi müəyyənləşib
12:23 15 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) tətbiq edilən diferensial əməkhaqqı sistemi ilə əlaqədar yaradılan daimi komissiya işini yekunlaşdırıb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, artıq komissiya tərəfindən sistemə daxil edilən məlumatların yoxlanması prosesi başa çatıb. Bununla da, sistem avtomatik olaraq müəllimlər arasında TOP100 reytinqi müəyyənləşdirib. İki ay ərzində bu sistemə 143 müəllimin elmi, tədris və özünü inkişaf fəaliyyətləri barədə məlumat daxil edilib.
Sistemin tətbiqində əsas məqsəd professor-müəllim heyəti arasında sağlam rəqabət mühitini formalaşdırmaq, onların işdən məmnunluq səviyyəsini yüksəltmək, eyni zamanda, müəllimlərin fərdi və qrup məhsuldarlığını artırmaqdan ibarətdir. Bu da öz növbəsində ADİU-da tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyinin artmasına və keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.
2015-2016-cı tədris ili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.
Reytinq sistemi müəyyən edilərkən ADİU-nun professor-müəllim heyətinin fəaliyyətinin üç istiqaməti əsas götürülərək onların elmi, tədris və özünüinkişaf fəaliyyətləri daxil edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Dovlet_Iqtisad_Universiteti_muellimlerinin_ilk_reytinqi_mueyyenlesib-911309

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR