Vergilər Nazirliyi 11 işçini qovdu

Vergilər Nazirliyi 11 işçini qovdu
12:26 15 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

"2015-ci ilin bu gününə qədər Vergilər Nazirliyinin 700 işçisi sahibkarlara qarşı qanun pozuntusuna yol verib. Onlardan 11 nəfər işdən qovulub, qalanları isə müxəlif cəzəlarla cəzalandırılıb". Bunu bunu Vergilər Nazirliyi Bakı Vergilər Departamenti rəisinin müavini İlkin Vəliyev deyib.

O, deyib ki, bu ilin 11 ayında dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz tapşırıqlarına tam olaraq icra edilib. Bu il Vergilər Nazirliyinin xətti ilə 6,5 mlrd. manatın yığılması nəzərdə tutulub.

İ.Vəliyev həmçinin qeyd edib ki, bəzi ticarət mərkəzlərində və ictimai iaşə obyektlərində malların alınması zamanı onun sənədləşdirilməsini sona qədər təmin edə bilmirlər. Buna görə də 18%-lik ƏDV-yə cəlb edilmə zamanı suallar yaranır.
Onun sözlərinə görə, ƏDV, əmlak vergisi, mənfəət vergisi sadələşdirilmiş vergidən qat-qat çoxdur. Sadələşdirilmiş vergi ödəməklə sahibkarın vergi yükü əhəmiyyətli dərəcədə azalır.

"Biz vergi yükünü azaldırıq və bəyan edirik ki, əgər sahibkar çek vurmasa bu dəfə daha böyük cərimələr olacaq. Sahibkar düzgün uçot aparsa, çekini vursa ona heç bir cərimə edilməyəcək".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR