Azərbaycan Turizm və Menecment Universiteti növbəti beynəlxalq konfransa ev sahibliyi edəcək

12:28 15 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Dekabrın 19-da Azərbaycan Turizm və Menecment Universitetində “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda ikinci beynəlxalq konfrans keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin 10 illiyinə həsr olunmuş konfransda tədqiqatçıların turizmin müxtəlif sahələrinə dair 40-dan çox məruzəsi dinləniləcək, fikir mübadiləsi aparılacaq. Eyni zamanda, XX əsrin fenomeni hesab edilən dünya turizminin XXI əsrdə də dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu prosesə töhfəsi və digər məlumatlar veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turizm_ve_Menecment_Universiteti_novbeti_beynelxalq_konfransa_ev_sahibliyi_edecek-911314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR