Terrora qarşı islam koalisiyası yaradılıb

Terrora qarşı islam koalisiyası yaradılıb
12:28 15 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının başçılığı ilə terrorla mübarizə aparacaq islam hərbi koalisiyası qurulub. Koalisiyaya 34 ölkə daxildir. Bu barədə Səudiyyə Ərəbistanının dövlət informasiya agentliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə yanaşı, koalisiyaya İordaniya, Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Bəhreyn, Türkiyə, Tunis, Sudan, Somali, Fələstin, Qətər, Küveyt, Livan, Liviya, Malayziya, Misir, Nigeriya, Yəmən daxildir. Həmçinin 10-dan çox islam dövlətinin, o cümlədən İndoneziyanın koalisiyaya dəstək verdiyi bildirilir.
Hərbi əməliyyatların keçirilməsi və koordinasiyası üzrə birləşmiş qərargah Ər-Riyadda yerləşəcək. Eyni zamanda, koalisiya öz fəaliyyətini dost ölkələr və beynəlxalq təşkilatlarla da koordinasiya etməyi planlaşdırır.
Anti-terror koalisiyasının qurulmasını şərh edən Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin Salman Əl Səud alyansın təkcə İŞİD qruplaşması ilə deyil, həmçinin təhlükə törədən bütün terror təşkilatlarına qarşı mübarizə aparacağını deyib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terrora_qarsi_islam_koalisiyasi_yaradilib-911312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR