Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsi ilə bağlı elmi konfrans

Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsi ilə bağlı elmi konfrans
12:33 15 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Dekabrın 15-də Bakıda “Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin regionların inkişafında və ekoloji balansın qorunmasında rolu” mövzusunda elmi konfrans keçirilib.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Aqrar Elmlər Bölməsi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri konfransda AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatı sahəsi ilə bağlı imzaladıqları sənədlərin əhəmiyyətini vurğulayıb.
Akademik Q.Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı üzrə reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Sonra digər alimlərin mövzu ilə bağlı çıxışları dinlənilib, müzakirələr aparılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_torpaqlarinin_ekoloji_qiymetlendirilmesi_ile_bagli_elmi_konfrans-911315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR