Azərbaycanda qadınlar dəm qazından daha çox zəhərlənir - ARAŞDIRMA

Azərbaycanda qadınlar dəm qazından daha çox zəhərlənir - ARAŞDIRMA
12:39 15 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda qadın faciənin qurbanı oldu (24 İyun 2017 18:24)
Binəqədi sakini hamamda facəvi şəkildə öldü (24 İyun 2017 12:12)
Dəm qazı daha bir can aldı (24 İyun 2017 12:08)

Son iki ayda 15 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib

 

Ötən illərdə olduğu kimi, bu il də havalar soyumağa başlayan kimi dəm qazından zəhərlənmə hadisələri də artmağa başladı. Hətta bu zəhərlənmə səbəbindən neçə-neçə insan da dünyasını dəyişib. Lent.az "Report"un dəm qazından zəhərlənmə ilə bağlı araşdırmasını təqdim edir.

Daxili İşlər Nazirliyinin yaydığı statistikaya əsasən, ötən iki ayda (oktyabr-noyabr) 15 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin yaydığı son hesabata görə isə bu ilin doqquz ayında dəm qazı və digər toksiki qazlarla zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 249 xəstə daxil olub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Report"a açıqlamasında havaların soyuması ilə bağlı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayında artım olduğunu təsdiqləyib: "Yay fəslində demək olar ki, dəm qazından zəhərlənmə halları ilə rastlaşmırıq".

Şöbə müdiri eyni zamanda, bu ilin son iki ayında dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə 26 xəstənin daxil olduğunu qeyd edib: "Xəstələr arasında qadınlar çoxluq təşkil edir. Onu da deyim ki, qeyd etdiyim müddət ərzində şöbəyə yerləşdirilən xəstələrdə elə də ciddi ağırlaşmalar qeydə alınmayıb".

A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə zəhərlənmənin yüngül dərəcədə əlamətləri küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi, sinə və boğaz nahiyəsində ağrı, öyümə, qusma, görmə və eşitmə hallusinasiyaları, dəri və selikli qişaların hiperemiyası (qızarması), ürək döyüntüsü, qan təzyiqinin artmasıdır: "Orta ağır dərəcədə olanda yuxuluq, hərəkətin məhdudlaşması, ağır dərəcə olanda isə huşun itməsi, qıcolmalar, psixomotor oyanmalar, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində ölüm olur".

A.Maqsudov dəm qazından zəhərlənən şəxsə ilk tibbi yardımın necə göstərilməli olduğu barədə də danışıb: "Təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək, onu mütləq şəkildə təmiz havaya çıxarmaq lazımdır. Əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu selikdən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin. Daha sonra otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək lazımdır. Xəstənin səhhəti ağır olduğu təqdirdə isə təcili tibbi yardım çağıraraq onu dərhal xəstəxanaya çatdırmaq mütləqdir".

Psixoloq Elnur Rüstəmov "Report"a açıqlamasında deyib ki, dəm qazından zəhərlənən insanlarda hadisədən sonrakı dövrdə post-travmatik stress qeydə alınır: "Bu da adətən hadisədən bir həftə, yaxud da bir və ya iki ay sonra başlayır. Bu o deməkdir ki, insanlarda narahatçılıq hissi yaranmağa başlanır. Onlar düşünürlər ki, bu hadisə evdəkilərdən kiminsə başına gələ bilər. Yaxud da evdən çıxdıqdan sonra fikirləri ancaq evdə qalır. Yəni, insanlarda psixoloji narahatçılıq müşahidə olunur. Eyni zamanda, gələcəkdə həmin şəxslərin həyatlarını sığortalamaq istəyi ifrat dərəcədə ola bilər. Ona görə də həmin şəxslərə mütləq psixoloji yardım lazımdır. Çünki aldıqları travma həm özlərinə, həm də yaxınlarına mənfi təsir etmiş olacaq. Hətta zaman keçdikcə insanda təşviş və həyəcan hissi yarana bilər".

E.Rüstəmov onu da əlavə edib ki, qadınlar adətən stress yaşamağa daha çox meyilli olur: "Çünki onlar ilk növbədə ana və həyat yoldaşıdır. Digər tərəfdən, evdar qadınların sayı çoxluq təşkil etdiyindən, onların məişət zəminində keçirdiyi stresslər çoxdur".

 

Məlumat üçün bildirək ki, kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir.

Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda, insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur. Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur. Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi köməklik göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilər.

Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur.

Dəm qazı ilə zəhərlənmənin səbəbləri sırasında suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir), soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, sobanın qapağının vaxtında bağlanmaması, tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi, sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması, sobada və borularda çatların və nasazlıqların olması, qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olmasıdır.

Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. Sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanın ən utancaq səyahətçisi - FOTO

28 İyun 2017 03:03

Polşa prezidenti: "Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub"

28 İyun 2017 02:47

Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır

28 İyun 2017 02:37

"Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür" -

28 İyun 2017 02:37

Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

28 İyun 2017 02:36

Sidneydə möhtəşəm işıq festivalı - FOTO

28 İyun 2017 02:32

Andjey Duda: "Azərbaycan Polşanın Şərq siyasəti üçün çox önəmlidir"

28 İyun 2017 02:17

Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır

28 İyun 2017 02:02

Avropa çempionatında finalçılar müəyyənləşdi

28 İyun 2017 01:58

“Qarabağ” seçim edəcək

28 İyun 2017 01:49

"Facebook" istifadəçilərinin sayı 2 milyarda çatıb

28 İyun 2017 01:43

Rusiya hərbçisi Ukrayna ordusuna əsir düşüb

28 İyun 2017 01:37

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlanıb -

28 İyun 2017 01:34

Kəşfiyyat şefinin qətlində RUSİYA İZİ

28 İyun 2017 01:33

Təbiəti yenə qorumayaq? - FOTO

28 İyun 2017 01:32

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb (FOTO)

28 İyun 2017 01:22

Angela Merkel dönər hazırladı -

28 İyun 2017 01:15

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27 İyun 2017 23:42

Məscidə piyada getməyin savabı nə qədərdir?

27 İyun 2017 23:42

Stalinin kokaindən istifadə etməsi təsdiqlənib - Arxivlər açıldıqca...

27 İyun 2017 23:42

Prezidentin şərəfinə ziyafət

27 İyun 2017 23:39

Samuxda qadın ağacdan yıxıldı

27 İyun 2017 23:37

Model Leyla Oruclunun ölümündə suçlanan həkim - “Bütün sənədlər prokurorluqdadır”

27 İyun 2017 23:37

Kluba cilvəli getdi - FOTO

27 İyun 2017 23:32

Uşağın qarnı gündən-günə böyüyür -

27 İyun 2017 23:31

Kişinin sevgisini bilmək istəyirsinizsə... - XANIMLARA PSİXOLOQ MƏSLƏHƏTİ

27 İyun 2017 23:27

Sizin Alsheymer xəstəliyinə yaxalanma riskiniz varmı?

27 İyun 2017 23:22

Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"

27 İyun 2017 23:17

"Survivor" iştirakçısı tanınmış aktyorla sevgilidir - FOTO

27 İyun 2017 23:17