ŞƏT öz işini sürətləndirmək qərarına gəlib (FOTO)

ŞƏT öz işini sürətləndirmək qərarına gəlib (FOTO)
12:41 15 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Çin Şanxay Əməkdaşlıq Təşkilatında azad iqtisadi zona yaradılmasını sürətləndiməyi təklif edir.

ANS PRESS-in məlumatına görə, Pekin ŞƏT-də ticarətin sadələşdirilməsi üçün yaradılan xüsusi işçi qrupların imkanlarından istifadə etmək təklifini irəli sürüb. Bununla 2020-ci ilə qədər iqtisadi zonada malların, xidmət və texnologiyaların sərbəst hərəkətini təmin etmək mümkün olacaq.

Çin Xalq Respublikasının lideri Li Keqiang da ŞƏT çərçivəsində iqtisadi zonanın yaradılmasına dair konkret səylər ortaya qoymağı və 2020-ci ilə qədər malların mübadiləsini sürətləndirməyi təklif edən məruzə ilə çıxış edib.

"Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarətin inkişafı üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə azad iqtisadi zonanın yaradılmasında konkret tədbirlər planı işlənib, hazırlanmalıdır", - deyə Çin lideri bildirib. Li Keqiangin sözlərinə görə, bunun üçün ticarət və iqtisadiyyat nazirlərinə xüsusi tapşırıqlara veriləcək.

“Çin Xalq Respublikası 2020-ci ilə qədər tam olaraq malların, xidmət və texnologiyaların azad mübadilə imkanlarını təşkil etmək üçün ŞƏT-in xüsusi imkanların yaralanmağı təklif edir”- deyə o, əlavə edib.


ŞƏT-ə üzv ölkələr xəritədə


6 ölklənin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildə, Çin Xalq Respublikası, Qazaxıstan , Qırğızıstan, Rusiya , Tacikistan, Özbəkistanın təşkil etdiyi işçi qrupudur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR