Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda içki kartla, siqaret nağd pulla alınacaq

Azərbaycanda içki kartla, siqaret nağd pulla alınacaq

Date: 15 December 2015 12:46

“Dəyəri 50 manata qədər olan aksiz markalı məhsulun satışına görə 100 manat cərimə tətbiq olunur. İctimai iaşə obyektlərində, kafe-restoranlarda satışına görə isə cərimə tətbiq olunmur. Əgər məhsul bağlı şəkildə yox, ağzı açılıb süzülərək satılırsa, ona cərimə tətbiq olunmur və həmin məhsulu nağd şəkildə almaq olar”.

ANS PRESS-in məlumatına görə, bunu nazirliyin Vergi siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib. O, Vergilər Məcəlləsinə edilən dəyişikliklər gələn il yanvarın 1-dən qüvvəyə minəcəyini deyib.

Rəis bildirib ki, aksiz markası ilə markalanmalı olan məhsulların satışının kart sisteminə keçirilməsi ölkədə nağdsız əməliyyat mədəniyyətinin formalaşdırılması məqsədi daşıyır.

Vergilər nazirinin birinci müavini Natiq Əmirov idə deyib ki, içki içib uğur qazanan adam görməyib. "Normal adamlar normal formada kartı ilə gedib içkini ala biləcək. Vətəndaşlar debit, kredit və digər ödəniş kartlarından istifadə etməklə aksiz markası ilə markalanmalı olan məhsulları ala bilər. Biz istəyirik insanlar küçədən, ordan-burdan mənşəyi bəlli olmayan içki alıb içməsin".

N.Əmirov tütün məmulatlarını almaq üçün kartla ödəniş tələb olunmadığını deyib. İlkin mərhələdə bu yenilik tütün məmulatlarına tətbiq olunmayacaq.


Tags:  Azərbaycanda içki kartla siqaret nağd pulla alınacaq


RƏYLƏR


Top news