Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gənclər və idman nazirinin Şirvandakı qəbulunda 40-a yaxın vətəndaş iştirak edib

Gənclər və idman nazirinin Şirvandakı qəbulunda 40-a yaxın vətəndaş iştirak edib

Date: 15 December 2015 12:48


Bakı, 15 dekabr, AZƏRTAC
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinlərini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında keçirilən qəbulda ümumilikdə 40-a yaxın vətəndaş iştirak edib.
Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminatla bağlı olub.
Gənclər sahəsi üzrə edilən müraciətlərin sırasına qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmini və fəaliyyəti daxil olub.
Fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqlarla təmin olunması, Olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsi ilə bağlı edilən müraciətlər olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamətində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.


Tags:  Gənclər idman nazirinin Şirvandakı qəbulunda 40-a yaxın vətəndaş iştirak edib


RƏYLƏR


Top news