​"Fənərbağça"- "Lokomotiv": Kremlin oyundankənar vəziyyətdən vurduğu qol

​"Fənərbağça"- "Lokomotiv": Kremlin oyundankənar vəziyyətdən vurduğu qol
12:52 15 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

"Fənərbağça" "Şaxtyor"un futbolçusunu almaq istəyir (22 May 2017 07:17)
Avroliqa: (20 May 2017 00:47)
“Fənərbağça”nın prezidentinə GÖRÜNMƏMİŞ CƏZA (08 May 2017 21:58)

Bakı. 15 dekabr. REPORT.AZ/ Futbol termini ilə desək, idman siyasəti oyundankənar vəziyyətə salsa da, az sonra onu yenidən cərimə meydançasında, özü də 11 metrlik zərbəni vuran halda görürük. Düzdür, bu, arzuolunan deyil, ancaq faktdır.
Ötən gün atılan püşk nəticəsində Türkiyənin "Fənərbağça" və Rusiyanın "Lokomotiv" komandalarının Avropa Liqasının 1/16 final mərhərləsində üz-üzə gələcəkləri məlum olub. Bu qarşılaşma iki ölkə arasındakı mövcud siyasi-iqtisadi baxımdan da böyük maraq və diqqət çəkir.
Türkiyənin baş naziri Əhməd Davudoğlunun məsələyə münasibətində çox nikbin olub: "Fənərbağça" və "Lokomotiv" klubları arasında keçiriləcək oyun böhrandan çıxış üçün vasitə ola bilər. Biri-birinə düşmən olmayan Türkiyə və Rusiya vətəndaşları Moskva və İstanbuldakı stadionları dolduracaq. "Lokomotiv" bizim üçün yad klub deyil. Mövcud problemə aidiyyəti olmayan gənclər oynayacaqlar. Bu, ağayana oyun olacaq. Mən istərdim ki, iki komandanın görüşü Rusiya ilə Türkiyə arasındakı mövcud vəziyyətə pozitiv təsirini göstərsin. Bu idman matçı böhrandan çıxışa yol aça bilər".
"Fənərbağça" və "Lokomotiv" komandalarının ilk oyunu 2016-cı il fevralın 16-da İstanbulda keçiriləcək. O vaxtadək isə hələ 2 ay var...
Türkiyə Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməməklə dözüm və səbr nümayiş etdirdiyi kimi, idmanı da elə oyun olaraq, dəyərləndirir. Ancaq təəssüf ki, Moskva ilə bağlı bunları demək olmur. Türkiyə sərhədini pozduğu üçün rəsmi Ankaradan üzr istəmək əvəzinə məsələni böyüdüb, hətta, idman sahəsinədək sürüyür. Rusiya hakimiyyəti ölkənin futbol klublarına Türkiyədə təlim-məşq toplantısı keçirməyi qadağan edib.
Türkiyə vətəndaşı, karate üzrə dünya və Avropa çempionu Serkan Yağçı, dəvət və icazəsi olmasına baxmayaraq, Rusiya ərazisinə buraxılmayıb. Rəsmi Moskvanın idman icmasına təzyiqlərinə baxmayaraq, bu sahədə normal münasibətdən xəbər verən müəyyən işartılar da var. Ölkənin idman naziri Vitali Mutko ötən ayın sonunda bildirib ki, Türkiyədə keçiriləcək yarışlarda rusiyalı idmançıların təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək və onlar oradakı qarşılaşmalara qatılacaqlar.
Rusiya tərəfi iki komanda arasında keçirləcək oyuna hələ münasibət bildirməyib. Bu sükut razılıq əlaməti kimi qəbul edilsə də, son məqamda Kremlin təəssüfləndirici addım atacağı ehtimalı da az deyil. Bu sayaq addımları Rusiyanın müttəfiqi İran İsrail idmançılarına qarşı atmışdı. Bununla bağlı bir neçə faktı xatırlatmaq yerinə düşər:
Çində keçirilmiş Tələbələrin Ümumdünya Yay Universiadasında İsraildən olan həmyaışdları ilə yarışdan imtina etikləri üçün İran idmançıları Oyunlardan qovulmuşdu. Ölkənin voleybol komandası yəhudi dövlətinə qarşı oyuna gəlməmişdi. Bu hərəkətinə görə, İranın müvafiq qurumu cərimələnmişdi.
Ermənistanda keçirilən Panerməni Oyunlarında da İranın futbol klubu İsrail komandası ilə qarşılaşmaqdan imtina etmişdi. Nəzərə almaq lazımdır ki, İslam Respublikasının komandasının oyunçuları ermənilərdən ibarət idi.
Pekində keçirilmiş dünya çempionatında brass üsulu ilə 100 metr məsafəyə üzgüçülük üzrə seçmə mərhələdə iranlı Məhəmmədəli Rezai iştirakdan imtina etmişdi. Məsələ burasındadır ki, İsraildən olan idmançı Qal Nevo da M.Rezai ilə birgə üzməli imiş. İranlı idmançı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da İsrail idmançısı ilə bir hövuzda yarışmaq istəmədiyini söyləmişdi. 
İranla Rusiyanın müttəfiq olduğunu nəzərə alsaq, davranışlarında da, birin-brinə oxşadığı görünməkdədir. Kremlin indiki yiyəsi Vladimir Putin başda olmaqla, Rusiya rəsmiləri Türkiyə vətəndaşlarının onlara düşmən olmadıqlarını vurğulayır. Ancaq Türkiyədə keçirilməsi planlaşdırılan yarışlara ölkə idmançılarının qatılmasının qarşısının alınması kimi addımlar bunun əksini deməyə əsas verir. Belə olan halda Moskvanın addımlarına haqq qazandırmaq olmur.
Qeyd edək ki, "İsrailə ölüm!" İran İslam Respulikasının təməl siyasi-ideoloji şüarlarındandır. Moskva Türkiyəyə qarşı belə şüar irəli sürməsə də, atdığı addımları ilə iki dövlətin cəmiyyəti arasında düşmənçilik toxumu səpməyə xidmət etməkdədir. Odur ki, bu davranışı ilə "Fənərbağça" ilə "Lokomotiv" arasındakı qarşılaşma zamanı Kreml cərimə meydançasında 11 metrlik nöqtədən zərbə vuran halda da görünə bilər.
Bununla belə, qarşılaşmanın keçiriləcəyinə 53 gün qalıb. Ona görə ümid edək ki, bu dəfə siyasətin vuracağı qol oyundankənar vəziyyət sayılacaq və futbolun simasında idman qalib gələcək. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb

23 May 2017 05:32

Fransada ev və emalatxana - FOTO

23 May 2017 05:32

“Danışan” kağız yaratdılar

23 May 2017 05:18

Tramp Amerika-İsrail münasibətlərini möhkəmləndirməyi davam etdirməyə söz verib

23 May 2017 05:15

Lüksemburqda meşə içində restoran - FOTO

23 May 2017 04:32

BMT-nin baş katibindən KXDR-yə MESAJ: "Dayan!"

23 May 2017 04:18

Parisdə bohem interyerli mənzil - FOTO

23 May 2017 03:32

İsrail əsgərləri fələstinli gənci öldürdülər

23 May 2017 03:26

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

23 May 2017 03:23

Etirazçılar sabiq prezidentin evini yandırdı

23 May 2017 03:18

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub - ölənlər var

23 May 2017 03:01

Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

23 May 2017 02:57

İngiltərədə konsertdə terror həyəcanı

23 May 2017 02:54

Kataloniya müstəqilliyini elan edəcək? -

23 May 2017 02:38

İtaliyada kiçik ailə üçün ev - FOTO

23 May 2017 02:32

İsveçin hava limanında şübhəli çanta səbəbindən insanları təxliyə ediblər

23 May 2017 02:29

Dövlət Departamenti: Türkiyə suriyalılara hamıdan çox yardım edib

23 May 2017 02:27

Azərbaycanda bu da oldu:

23 May 2017 01:55

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

23 May 2017 01:47

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:24

Cocuq Mərcanlıda 3 piyada əleyhinə mina və 1 tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

23 May 2017 00:22

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:09

Astroloji proqnoz - 23 may

23 May 2017 00:08

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib

23 May 2017 00:07

Mənsum İbrahimov Hollivudda - FOTO

23 May 2017 00:05

Günün qoroskopu: işgüzar aktivlik artır

23 May 2017 00:05

"Terrorçuları dəstəkləyənlər terrorla mübarizə apardıqlarını deyə bilməzlər" -

22 May 2017 23:58

70-ci illərin İstanbulu FOTOLARDA

22 May 2017 23:57

Sumqayıtda ev yanıb külə döndü - VİDEO

22 May 2017 23:57

"Pike, axmaq, çempionu təbrik et"

22 May 2017 23:57

Yer üzünün ən zərərli 19 məhsulu! - FOTO

22 May 2017 23:57

25 yaşlı oğlan bıçaqlanıb

22 May 2017 23:57

Təcrübəli futbolçu katalon klubundan gedir

22 May 2017 23:57

İsmayıllıda 25 yaşlı oğlan bıçaqlandı

22 May 2017 23:54

Kimlər xərçəngə daha çox meyllidir? - Alimlər açıqladı

22 May 2017 23:53

Bərdədə banka məxsus inkassator maşını aşıb

22 May 2017 23:47

"Bakı-2017"nun başlanış mərasimi - FOTO/VİDEO

22 May 2017 23:47

Premyer Liqada "qızıl əlcək" mükafatı belçikalıya verildi

22 May 2017 23:42

"Danışan" kağız yaratdılar

22 May 2017 23:37