Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

20 yaşlı oğlan 60 qoyun oğurlayıb – BAKIDA

20 yaşlı oğlan 60 qoyun oğurlayıb – BAKIDA

Date: 15 December 2015 12:54

Bakıda qoyun oğurluğu ilə məşğul olan şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 11-nə keçən gecə, Maştağa qəsəbəsində yaşayan Mirseyfəl Məlikovun həyətindən, hasardan keçməklə 32 ədəd xırda buynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirzəağa Həbibov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, o, müxtəlif vaxtlarda Maştağa qəsəbəsində Əmiylə Məmmədovanın, Ağaəmi Səlimovun, Ovçu Vəliyevin, Mirvaqif Dadaşovun, Əlihüseyn Əliyevin, Fərid Novruzovun və Fəxrəddin Bağırovun həyətlərindən, ümumilikdə 28 baş xırda buynuzlu heyvan oğurlayıb.

 

Araşdırmalar davam etdirilir.

 


Tags:  yaşlı oğlan 60 qoyun oğurlayıb BAKIDA

RƏYLƏR


Top news