Qəşəm Nəcəfzadəni öldürüm?

Qəşəm Nəcəfzadəni öldürüm?
12:54 15 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Neçə illərdi soy adımdakı bu “Zadə” sözünün əlində əsirəm. Həmişə bu “zadə” və “zadə”lər, xüsusən, də zadlar mənə mane olub. Əvvəla, bu, bizim soz deyil, ikincisi də quru taxta kimi taqqıldayır, adamın yerini dəqiq nişan vermir, ümumi axının içində çox asanlıqla itib batır. Bəzən ədəbi təxəllüsün uğurlu seçilməsi şairin taleyində ciddi rol oynaya bilir.  Unudulmaz şairimiz Xəlil Rza  həmişə mənə “Qəşəm Nəcəf” deyirdi və  həmin təxəllüsü  Oqtay Rza bu gün də deməkdədir. Mənsə, bu “zadə”dən  əl çəkə bilmirdim və necə ki, əl  çəkməyib indi peşman olmuşam. Zövq müxtəlifliyi və bu çığır-bağırlar içində mən həmişə öz içimdəki həyəcana inandım. Amma bu “Zadə” həyəcanımı başqalarının hiss etməyinə imkan verməyib. Müəllim olmağım, saqqal saxlamamağım, araq içməməyim, siqaret çəkməməyim, çayxanada çaynik sındırmamağım - bunun da üstünə  “zadə”ni gəlsəm, bütün bunlar,  anormal bu ədəbi mühitdə dərin bir uçurum kimi qarşımda dayanıb. Bu mühitdə çox adam üçün pəncərə şüşəsini sındırmaq dəbdədi, daha onu sındırmağa qoymayan yox. Mən həmin pəncə şüşəsini sınmağa qoymayanlardanam. Bəzən mənim şeirimin oxunmasına 80-ci illərdən gətirdiyim imzam imkan vermir. Əgər mən  növbəti kitabıma 80-ci illərin havası olan şeirlərimi salmasaydım, yalnız 90-cı illərdə yazdığım şeirlərdən ibarət bir toplu buraxsaydım, müəyyən mənada guya “təzə” görünərdim. Axı bu, mənim günahım deyil. Mənim 80-ci illərdəki ədəbi nəslim heç vaxt davakar olmayıb, özünü gözə soxmayıb. İndi bu gün 90-cı illərin havası 80-ci illəri inkar edir. Döyülən də mənəm, mənim imzamdı, bizik, sizsiniz. Bəlkə Qəşəm Nəcəfzadəni öldürüm? Təzədən yazmağa başlayım. Dörd  il bundan qabaq belə də elədim, ayrı imza ilə  şeirlər yazdım, çap olundu, hamı bəyəndi, tənqidçilər adımı “siyahılarına” saldı. Həyatda olduğu kimi ədəbiyyatda  ilk olan şeylər gözəldi.  Əgər əvvəldən sənin imzan xoşa gəlmədisə, sonra çətin olur. Nə yazsan görmək istəmirlər.

Necə ki, rəhmətlik İ.İsmayılzadı ilk kitabı “Ulduzların ad günü”ndə daha böyük şair idi. Ələkbər Salahzadə ilk kitabı “Beş yarpaq”da daha səmimi idi. Camal Yusifzadə ilk şeirlərində, Ramiz Rövşən ilk kitabı “Bir yağışlı nəğmə”də, Vaqif Bayatlı “Tənha ulduz altında”, Mövlud Süleymanlı “Ayın aydınlığında”, Dilsuz “Ağ atlı oğlanın nağılı”nda və s. Kim deyir ki, Əli Kərim 38 yaşından sonra daha gözəl əsərlər yazacaqdı? Kim deyir ki, Mikayıl Müşfiq 29 yaşından sonra ədəbiyyatı lərzəyə salacaqdı? Kim bilir, bəlkə “hə”, bəlkə də “yox”. Məncə, şairin ömür boyu bir kitabı olur, onu  bölüb yüz kitab da eləmək olar, bir dənə də.  Şair neçə il yaşayacaqsa, lap əvvəldən yaradıcılıq nöqteyi-nəzərdən ömrünün içində o başa bu başa gedib –gələ bilir. İstər ömür yüz olsun, istərsə də 29.  Şairin bütün gücü yaşadığı ömrə sığışdırılır, daha heç nə yarımçıq qalmır.
 

Mənim nəslim nə 60-cıların, nə də xarici yazıçıların təsiri ilə bir misra yazmadılar. Ancaq özlərini, öz içlərini heç kəsə bənzəmədən, qışqırmadan, bağırmadan, sakit şəkildə, ədəb-ərkanla sözə çevirməyi bacardılar. Ancaq böyrümüzdə güdükçü dayanan ədəbi tənqid sakit axan nəhrə fikir vermir. Onun qulaqları söyüşcül, göz yaralayan, boş qışqırığa daha çox meyllidir.
Yenə deyirəm, söhbət ədəbi mühitdən gedir. Kim 90-cı ildən deyilsə, “oxumağa dəyməz” fikri formalaşdı. Amma bir həqiqət də var. XX əsrin sonuna yaxın əsl ədəbiyyat 80-ci illərin payına düşür. Bunu gələcək göstərəcək. İndi o qədər də qəbul edilməyən 80-ci illərin abı-havası (tarix boyu bu dönümlər olub) inanıram ki, 2017-ci ildən sonra qayıdacaq. Onda 90-cı illərin bəzi “sızıltılı”, burcutma obrazları köhnəlib deyə, daşa basılacaq. Mən daş atmayacağam. 60-cı illər də 2020-ci ildə qayıdacaq. Hətta 1900-cü il də təzədən gələcək. Məncə, Qəşəm Nəcəfzadəni öldürməyə dəyməz. O, bir də gələcək. Çünki keçmiş həmişə gələcəkdədir.


 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan Ukraynadan mal ətinin idxalını artırıb

23 Avqust 2017 14:22

Fransada hərbi patrula hücum edilib

23 Avqust 2017 14:22

Bayram Kürdəxanılı dəfn olunub

23 Avqust 2017 14:22

Elektrik Şəbəkəsinin maşınını yandıran şəxs tutulub

23 Avqust 2017 14:19

Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzənin qohumudur - FOTO

23 Avqust 2017 14:18

Bakıda Özbəkistan dekorativ-tətbiqi və xalq sənət nümünələri sərgisi keçiriləcək

23 Avqust 2017 14:17

“Qarabağ” - “Qəbələ” matçının saatı açıqlandı

23 Avqust 2017 14:17

Azərbaycan yanğınsöndürənləri Gürcüstanda yanğınların söndürülməsində aktiv iştirak edirlər - FOTOLAR

23 Avqust 2017 14:13

Misirin XİN başçısı ABŞ prezidentinin müşaviri ilə görüşünü təxirə salıb

23 Avqust 2017 14:07

“İtirlmiş topaqlar” və... - İrəvandan Ankaraya qəbuledilməz ÜÇ ŞƏRT

23 Avqust 2017 14:03

"Qarabağ" - "Qəbələ" oyununun vaxtı açıqlanıb

23 Avqust 2017 14:02

Həbsdə olan NİDA üzvü Ali Məhkəməyə müraciət edib

23 Avqust 2017 13:57

Bakıda qadın ərini bu üsulla aldadırmış

23 Avqust 2017 13:55

Bakıda dələduzluq edən DİL KURSLARI: pulları alıb qeybə çəkildilər - ŞİKAYƏT

23 Avqust 2017 13:53

“Barselona” Koutinyo üçün “Liverpul”a dördüncü dəfə təklif göndərəcək

23 Avqust 2017 13:47

Bakıda kollecdən oğurluq oldu

23 Avqust 2017 13:44

Gürcüstan prezidenti: "Azərbaycanlılar əsl dostlarımız olduqlarını göstərdilər"

23 Avqust 2017 13:42

“Accessbank” müxtəlif peşə sahibləri üçün sərfəli kreditlər təklif edir

23 Avqust 2017 13:42

BAKI: Bu ərazilərdə evlər söküləcək, yeni binalar tikiləcək

23 Avqust 2017 13:39

Bayram Kürdəxanılının YAS MƏRASİMİNDƏN FOTOLAR

23 Avqust 2017 13:38

“Üçüncü günün adamı” filminin beynəlxalq təqdimatı olacaq

23 Avqust 2017 13:37

Azərbaycanın məişət malları istehsalçısının rəhbərliyi yenidən formalaşdırılacaq

23 Avqust 2017 13:37

Smartfonların satış həcmi 7% yüksəlib

23 Avqust 2017 13:35

Səudiyyə Ərəbistanı Qətərdə çevriliş etməyə hazırlaşır

23 Avqust 2017 13:33

Gəncədə ağır qəza: piyada öldü

23 Avqust 2017 13:29

Bayram Kürdəxanlı: "Əzrail adam daşıyır, bu dünyadan..."

23 Avqust 2017 13:29

"Barselona" Neymardan belə qisas alacaq

23 Avqust 2017 13:27

Qadını döyüb hədələyən şəxs tanışı çıxıb

23 Avqust 2017 13:24

Zabrat avtobusunda cibgir yaxalandı

23 Avqust 2017 13:24

“Kopenhagen”nin "Qarabağ" üçün heyəti

23 Avqust 2017 13:17

Ərdoğan: “Almaniya ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər”

23 Avqust 2017 13:17

“Kopenhagen” “Qarabağ” üçün heyəti açıqladı

23 Avqust 2017 13:14

ABŞ İraq və Suriyada aldığı dərsləri yeni müstəmləkəsində tətbiq edəcək

23 Avqust 2017 13:13

Politoloq: “Ankara Ermənistanla sərhəd məsələsində prioritetlərini dəyişməyəcək”

23 Avqust 2017 13:03

Bakıda borca görə atasını öldürən, anasını isə yaralayan şəxsin məhkəməsi başlayıb

23 Avqust 2017 13:02

Tanınmış meyxanaçının ölümü ilə bağlı

23 Avqust 2017 12:59

Türkiyədə faizlər 8 illik maksimuma yüksəlib

23 Avqust 2017 12:57

"Neftçi"nin baş məşqçisi kim olacaq? - İDDİA

23 Avqust 2017 12:57

“Qarabağ” mərhələ keçsə...

23 Avqust 2017 12:54

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edib

23 Avqust 2017 12:52

Azərbaycanda saxlanma müddəti keçmiş məhsullar aşkar edilib

23 Avqust 2017 12:52

Bu şorlar təhlükəlidir - SİYAHI

23 Avqust 2017 12:49

2017-ci ilin ən çox pul qazanan KİŞİLƏRİ - FOTO

23 Avqust 2017 12:48

200 terrorçu eyni anda məhv edildi - İLK GÖRÜNTÜLƏR - VİDEO

23 Avqust 2017 12:48

Prokuror İŞİD-ə dəstək verən terrorçulara cəza istədi

23 Avqust 2017 12:43

DİN: Lənkəran Regional Elektrik Şəbəkəsinə məxsus avotomobili yandıran şəxs saxlanılıb

23 Avqust 2017 12:42

Bakıda bir neçə nəfərə hədə-qorxu gələrək pullarını alan dəstə üzvləri tutulub

23 Avqust 2017 12:42

Sabahın hava proqnozu açıqlandı

23 Avqust 2017 12:42

Azərbaycanda 365 xəstəyə böyrək köçürülüb

23 Avqust 2017 12:41

Temperatur 41 dərəcəyə qalxacaq - XƏBƏRDARLIQ

23 Avqust 2017 12:39