"Aslanlar" "Qartallar"ın qarşısında boyun əydi (VİDEO)

"Aslanlar" "Qartallar"ın qarşısında boyun əydi (VİDEO)
13:01 15 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

“Beşiktaş” əzəli rəqibi “Qalatasaray”ı öz evində məğlub etdi.

ANS PRESS-in məlumatına görə, Türkiyə çempionatının 15-ci turun sonuncu oyunu keçirilib.

Çempionluğa namizəd olan “Beşiktaş “ilə “Qalatasaray” qarşılaşıb. Türkiyənin iki hegemon klubların qarşıdurması olduqca gərgin keçib.

İlin son derbisində "Beşiktaş" uzun müddət idi məğlub edə bilmədiyi "Qalatasaray"ı doğgma meydanında qalib gəlməyi bacarıb. "Qartallar"ın "aslanlar"ı məğlub etməsi onları lideri edib.


"Beşiktaş" - "Qalatasaray" 2-1

11 dekabrda tura start verilərək çempionatın digər qarşıdurmaları olub. "Fənərbağça" öz evində minimal hesab ilə qələbə qazanaraq 3 xal qazanıb.

"Bursaspor" - "Osmanlıspor" - 0:4
Qollar: Ndiaye, 12; 18. Rusesku, 31. Aminu Umar, 84.

12 dekabr
"Kasımpaşa" - "Konyaspor" - 2:1
Qollar: Derdiyok, 29, 32 - Şahiner, 77

"Əskişəhərspor" - "Qaziantepspor" - 1:2
Qollar: Güral, 64 - Çibuke, 13, Durak, 66

"Antalyaspor" - "Mersin İdmanyurdu" - 3:2
Qollar: Etame, 53, Eto, 75, Loğman Gör, 89 - Mitroviç, 26 (pen.), Pedriel, 30

"Çaykur Rizəspor" - "Trabzonspor" - 3:0
Qollar: Kveuke, 41, Duruer, 45, Kadah, 78

13 dekabr
"Kayserispor" - "Akhisar" - 3:2
Qollar: Bisesvar, 34 (pen.), 45 (pen.), Derley, 50 - Rodalleqa, 26, 89

"Gənclərbirliyi" - "Sivasspor" - 0:1
Qol: Boye, 24

"Fənərbağça" - "Başakşəhər" - 1:0
Qol: Nani, 84

14 dekabr
"Beşiktaş" - "Qalatasaray" - 2:1
Qollar: Qomes, 56, Gökhan Törə, 74 - Sneyder, 54


Türkiyə çempionatının 15-ci turdan sonraki turnir cədvəli

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR