Nazirliyin məlumatına görə, yanacaqdoldurma məntəqəsinə gələn "VAZ-2106" markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası verən Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.