​Azərbaycanda vergi daxilolmalarının 70%-dən çoxu qeyri-neft sektorunun payına düşur

​Azərbaycanda vergi daxilolmalarının 70%-dən çoxu qeyri-neft sektorunun payına düşur
13:02 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda Vergilər Nazirliyi tərəfindən yığılan vergilərin 70%-dən çox hissəsi qeyri-neft sektorunun payına düşur. Bu da qeyri-neft sektorunun payının ilbəil artmasının göstəricisidir. "Report"un veridyi xəbərə görə, bunu vergilər nazirinin müavini Natiq Əmirov KİV nümayəndələri ilə bu gün keçirilən görüşündə bildirib.
N.Əmirovun sözlərinə görə, 2015-ci ilin nəticələri onu göstərir ki, dünyada baş verən iqtisadi konyunktur dəyişikliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının diversifikasiyası nəticəsində qeyri-neft sektoru inkişaf edir.
Qeyd olunub ki, cari ilin 11 ayında Vergilər Nazirliyi tərəfindən proqnoz tam yerinə yetirilib ve büdcə daxilolmaları 6,5 mlrd. manat təşkil edib.
Nazir müavini əlavə edib ki, ölkədə vergi ödəyicilərinin sayı artaraq sahibkar təbəqəsi formalaşıb və bu təbəqə iqtisadiyyatın aparıcı hissəsinə çevrilib. Ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyası dünyada qlobal iqtisadi dəyişikliklərin baş veridyi müasir şəraitdə də böhranların yaratdığı problemlərin təsirlərini azaltmağa, ölkənin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına, sahibkar təbəqəsinin fəaliyyətinin davamlı inkişafına zəmanət verir. Bu strategiyanın gələcəkdə davamlı olması üçün dövlət büdcəsinin gəlirlər hissəsi artmalı, həm biznes strukturları və fərdi sahibkarlar, həm də vergi orqanları bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına edilmiş dəyişikliklər barədə danışan Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov isə dəyişikliklərin əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmlarının artmasına xidmət etdiyini bilidrib. İdarə rəisi qeyd edib ki, dövlət büdcəsinin icrası ilə yanaşı sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün Nazirlik qarşısında duran əsas vəzifələrdəndir.







Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-vergi-daxilolmalarinin-70-den-coxu-qeyri-neft-sektorunun-payina-dusur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR