Bakıda dəhşətlli ailə faciəsi

Bakıda dəhşətlli ailə faciəsi
13:08 15 Dekabr 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə dekabrın 14-də Binəqədi rayonu ərazisində baş verib. Rayon ərazisində yaşayan Samir Axundov evində münaqişə zəminində arvadı Gülnara bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Gülnarın həyatını xilas etmək mümkün olmayıb.

S.Axundov həmin gün saat 14 radələrində özünü F.Məlikov küçəsində yerləşən 12 mərtəbəli binanın damından ataraq intihar edib.

Araşdırmalar aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2469706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR