Turkustan.info 4 dildə yayımlanacaq

Turkustan.info 4 dildə yayımlanacaq
13:09 15 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycanda yeni xəbər portalı - "Turkustan.info" saytı fəaliyyətə başlayıb. Bu barədə Lent.az-a açıqlama verən layihənin rəhbəri Aqil Camal bildirib ki, əsasən Azərbaycan mərkəzli olacaq sayt, bölgəmizdə və dünyada baş verən hadisələri də operativ şəkildə oxucuya çatdırmaq missiyasını həyata keçirəcək: “Ölkəmizin önəmli hadisələrini dünyaya duyurmaq üçün səhifəmizdə Azərbaycan türkcəsindən başqa, daha 4 dildə - Türkiyə türkcəsi, ingilis, rus və fars dilində də xəbərlər yayımlanacaq. Fəaliyyətimizdə medianın tərəfsizliyi, obyektivliyi prinsiplərini əsas götürəcəyimizi, milli və dövlət maraqlarını öndə tutaraq bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, diplomatik korpus və cəmiyyətin bütün təbəqələri ilə sıx əməkdaşıq içərisində çalışacağımızı bildiririk. Bu sırada, xüsusilə, mediadakı dostlarımızın dəstəyinə ümid edirik. 

Peşəkar dostlarımızla verdiyimiz birgə qərar, əminəm ki, öz müsbət nəticəsini göstərəcək. Qısa zamanda, Azərbaycan informasiya məkanında öncül yerimizi tutacağıq”.

 

A. Camal onu da qeyd edib ki, Turkustan.info “Türküstan” qəzetinin adı ilə eyni olsa da, tamamilə müstəqil beynəlxalq informasiya portalıdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR