Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sabah hava necə olacaq ?

Sabah hava necə olacaq ?

Sabah hava necə OLACAQ? (18 Mart 2017 12:43)
Hava yağmursuz olacaq (13 Mart 2017 12:37)
Sabah hava necə olacaq? (12 Mart 2017 13:07)

Tarix: 15 Dekabr 2015 13:11

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı ehtimalı var.

Paytaxtda arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman və çiskinli olacağı, lakin axşam şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza gəlincə, dekabrın 16-sı gündüzdən 18-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Teqlər:  Sabah hava olacaq



RƏYLƏR


Top xəbərlər