Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın veteran futbolçusu həbs edildi

Azərbaycanın veteran futbolçusu həbs edildi

Date: 15 December 2015 13:22

Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşalla Əhmədovun həbs xəbəri yayılıb. Fanat.az bizimyol.info-ya istinadən xəbər verir ki, veteran futbolçu Binəqədi polisi tərəfindən həbs edilib. 


Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur. 


Xatırladaq ki, Maşallah Əhmədov biznes fəaliyyəti ilə məşğul olur. Bir müddət əvvəl onunla İmişlinin icra başçısı Vilyam Hacıyev arasında borc qalmaqalı yaranmışdı. İcra başçısının veteran futbolçuya məхsus şirkətə bəzi işlər gördüyü, 2 milyon manata yaхın borcu olduğu və vermədiyi iddia olunurdu. Hətta Maşallah Əhmədov İmişli İcra Hakimiyyətinin önündə özünü yandırmağa da cəhd etmişdi.


Qeyd edək ki, Maşallah Əhmədov 1977-ci ildən "Neftçi"də klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu tutur.


Fanat.az


Tags:  Azərbaycanın veteran futbolçusu həbs edildi


RƏYLƏR


Top news