Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azarkeşləri söydü, 3 oyunluq cəza aldı

Azarkeşləri söydü, 3 oyunluq cəza aldı

Date: 15 December 2015 13:22

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

“Şəmkir” - “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 89 -cu dəqiqəsində “Şəmkir” klubunun futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Turan Tovuz” - MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.  
- Oyunun 90+1-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Sənan Qocayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Mil-Muğan” - “Göyəzən” matçında “Göyəzən” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 80-ci dəqiqəsində “Göyəzən” klubunun futbolçusu Arzuman Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
- Oyunun 86-cı dəqiqəsində “Göyəzən” klubunun futbolçusu Fazil Vəliyev azərkeşləri təhqir etdiyinə görə, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

“Zaqatala” - “Qaradağ Lökbatan” matçının 56-cı dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Arzuman Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Fanat.az

Tags:  Azarkeşləri söydü oyunluq cəza aldı

RƏYLƏR


Top news