BQXK 4496 nəfər itkin düşmüş səxslərin yenilənmiş siyahısını açıqlayıb

BQXK 4496 nəfər itkin düşmüş səxslərin yenilənmiş siyahısını açıqlayıb
13:23 15 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) itkin düşmüş səxslərin yenilənmiş siyahısını açıqlayıb.

BQXK-dan Trend-ə verilən məlumata görə, atəşkəs haqda razılaşmadan 20 ildən çox keçməyinə baxmayaraq ailələr hələ də Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş əzizlərinin taleyindən bixəbərdir. Bunu aydınlaşdırmaq yönündə səylərinin bir hissəsi kimi, BQXK münaqişə tərəflərinə Bakı və Yerevan nümayəndəliklərinin və Dağlıq Qarabağdakı missiyasında qeydiyyatdan keçirilmiş 4496 nəfər itkin şəxsin adı olan yenilənmiş siyahı təqdim edib.

Siyahı sonuncu dəfə 2004-cü ildə təqdim olunub və o vaxtdan bəri BQXK, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyaları və itkinlərin ailələri ilə sıx işləyərək silahlı münaqişə dövründə itkin düşmüşləri qeydiyyatdan keçirib və bu şəxslərin işlərilə ardıcıl məşğul olub.

Beynəlxalq humanitar hüquqa əsasən, münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün əlindən gələni etməlidir. BQXK inanır ki, yenilənmiş siyahı hakimiyyət nümayəndələrinə məlumatı ümumiləşdirməkdə və bu yöndə səylərini artırmaqda kömək edəcək. BQXK, neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olaraq tərəflərə öz təcrübəsi ilə və onların arasında neytral vasitəçi kimi dəstək verməkdə davam edəcək.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, BQXK 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir və münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması təşkilatın ümdə məqsədlərindəndir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2469727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR