Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölkədən qaçdığı deyilən aparıcıdan açıqlama

Ölkədən qaçdığı deyilən aparıcıdan açıqlama

Date: 15 December 2015 13:27

Tanınmış teleaparıcı, İTV-nin İnformasiya Departamentinin keçmiş müdiri İlham Sərxanlı Azərbaycanı birdəfəlik tərk etməsi ilə bağlı yayılan məlumatlara cavab verib.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, İ.Sərxanlı açıqlamasında deyib ki, hazırda Almaniyada səhhətində yaranmış problemlə bağlı müalicə alır:

"Yayda Almaniyada oldum və ilk müayinədən keçdim. Onurğamda ciddi problemlər var, nəticələr açıqlanandan sonra yenidən buraya gəldim. Eyni zamanda ingilis dilimi təkmilləşdirmək üçün burada təhsil almağı planlaşdırıram. 21-ci əsrdə insanların bir-biri ilə əlaqə saxlayıb məlumat almaq imkanı çox sadədir. Heç bir əlaqə saxlamadan və münasibət öyrənmədən məlumat yaymaq savadsızlığın göstəricisidir. Allaha şükür, mən müğənni deyiləm ki, yalan xəbərlə özümü xatırladım. Məmur da deyiləm ki, mənimlə əlaqə yaratmaq qeyri-mümkün olsun. Amma bir tərəfdən də belə xəbərin yayılmasını istehza ilə qarşıladım. Uzun müddət efirdə olmamağıma rəğmən, demək ki, yaddan çıxmamışam. Çünki hər zaman deyilirdi ki, insan 5 ay efirə çıxmayanda unudulur. Demək ki, mənimlə bağlı bu məsələ heç də belə deyilmiş. Mən Avropaya tez-tez gedib-gəlirəm. Harasa getməyimin təəccüblə qarşılanmasını başa düşə bilmirəm".

Milli.Az


Tags:  Ölkədən qaçdığı deyilən aparıcıdan açıqlama


RƏYLƏR


Top news