Zakir Həsənovdan erməniləri qorxuya salan bəyanat düşmən (FOTO)

Zakir Həsənovdan erməniləri qorxuya salan bəyanat düşmən (FOTO)
13:41 15 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni tikilən növbəti hərbi hissənin açılışı olub.

Müdafiə Nazirliyinin mıtbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rəhbərliyi inşa edilən qərargah, əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.

Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, bu, Ali Baş Komandanın göstərişinə əsasən cari ildə artıq yeni tikilmiş onuncu hərbi şəhərcikdir.





"Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Dövlətin və xalqın etimadını doğrultmaq üçün biz gərək gecə-gündüz çalışaq və xidməti-döyüş hazırlığımızı yüksək səviyyədə təşkil edək".

O, qeyd edib ki, qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi əsas və müqəddəs vəzifə dayanır. Silahlı Qüvvələrimiz cəbhədə düşmənə sarsıdıcı zərbələr vurur və nəticədə qarşı tərəf çoxlu sayda itkilər verir. İndiki mərhələdə düşmənin bütün ordusu ilə bizim ordumuzun yalnız kiçik bir qismi mübarizə aparır. "Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, biz hər qarış torpağımıza görə sonadək vuruşacağıq.

Bundan sonra düşmənə qarşı daha ciddi tədbirlər görəcək, ona daha sarsıdıcı zərbələr endirəcəyik. Onda düşmən Azərbaycan əsgərinin, Silahlı Qüvvələrimizin gücünü daha çox hiss edəcək. Məqsədimiz düşmənə sarsıdıcı zərbələr endirərək onu işğal olunmuş torpaqlarımızdan qovmaqdır.







Biz bu işi bundan sonra daha da sərt şəkildə həyata keçirəcəyik. İşğalçılar torpaqlarımızı nə qədər tez tərk etməli olduqlarını anlasalar, itkiləri bir o qədər az olar. Düşmənlərimiz də bunu bilməli və anlamalıdırlar”.\

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi ərazi ilə tanış olub, müvafiq göstəriş və tövsiyələrini verib, hərbi qulluqçularla birlikdə nahar ediblər.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR