SOCAR-ın Qara dəniz terminalında audit keçirilib

13:42 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" terminalın saytına istinadən xəbər verir ki, auditin əsas məqsədi əməliyyatların beynəlxalq (ISO:9001, ISO:14001 and OHSAS:18001) standartlara uyğunluğunun dəyərləndirilməsi olub.
Xarici audit xidmət planlaşdırması və tədarük, icra və müştəri məmnuniyyəti qiymətləndirməsi, sənəd nazarəti, işə aid sağlamlıq və təhülkəsizlik, eyni zamanda ətraf mühiti idarəetmə, keyfiyyətə nəzarət daxil olmaqla, bütün vacib əsas və yardımçı əməliyyatları əhatə edib.
Əlavə olaraq, xarici auditor əvvəlki audit zamanı edilən tövsiyyələri də nəzərdən keçirib.
Audit üzvlərinin qənaətinə görə, Terminalın idarəetmə sistemi tamamilə effektiv olub və heç bir uyğunsuzluğa rast gəlinməyib: "Terminal əvvəlki yenidən sertifikatlandırma auditi zamanı verilən bütün tövsiyyələri yerinə yetirib və idarəçilik sisteminin inkişaf etməsi və təkmilləşməsi üçün güclü qabiliyyət nümayiş etdirib".
Eyni zamanda, audit üzvləri bir neçə növbəti audit və İnteqrasiya olunmuş İdarəetmə Sisteminin gələcək inkişafı üçün yeni tövsiyyələr veriblər.
Xatırladaq ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin may ayında istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-in-qara-deniz-terminalinda-auditi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR