Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın məşhur futbolçusunun həbs xəbəri yayıldı

Azərbaycanın məşhur futbolçusunun həbs xəbəri yayıldı

Date: 15 December 2015 13:42

Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb. Bizimyol.info xəbər verir ki, veteran futbolçu Binəqədi polisi tərəfindən həbs edilib. Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.  O, 72 min manatlıq dələduzluqda ittiham olunur. 

Xatırladaq ki, Maşallah Əhmədov  1977-ci ildən "Neftçi" Bakı klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.

Milli.Az


Tags:  Azərbaycanın məşhur futbolçusunun həbs xəbəri yayıldı

RƏYLƏR


Top news