Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Emin Ağalarov telekanal açır

Emin Ağalarov telekanal açır

Date: 15 December 2015 13:47

Rusiyada azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov "Russkiye mediaqruppı" QSC-nin səhmdarlarından biri Sergey Kojevnikovla birlikdə telekanal açır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, telekanal "Tvoy dom" adlanacaq, təmir, tikinti və planlaşdırma mövzularını əhatə edəcək.

Yeni medialayihə tikinti, dizayn və layihə işləri ilə maraqlanan auditoriya üçün hesablanıb.

Sergey Kojevnikov deyib ki, telekanal "Crocus" şirkətlər qrupunun tərkibinə daxil olacaq.

Artıq Emin Ağalarovun "ArtQrant" ASC şirkəti yayım lisenziyası almaq üçün sənədləri təqdim edib. Lisenziyanın yanvar ayında veriləcəyi gözlənilir.

Bundan əvvəl xəbər verilmişdi ki, Kojevnikovla Ağalarov kabel və peyklə yayımlanan beş telekanal açmağa hazırlaşırlar. Noyabrın sonlarnda onlar "Xit TV"ni açıblar, ortaqlar bu telekanalda bərabər paya malikdirlər.

Lakin Rusiyada yanvardan qüvvəyə minəcək yeni qanuna görə, Ağalarov bu telekanalda payını azaltmalı olacaq. Çünki o, Rusiya ilə yanaşı, Azərbaycan vətəndaşlığına da malikdir. Yeni qanuna görə, xarici vətəndaşlar Rusiyada KİV-in 20 faizdən çox səhminə malik ola bilməz.

Milli.Az


Tags:  Emin Ağalarov telekanal açır


RƏYLƏR


Top news