FTX: A321 təyyarəsinin göyərtəsində plastit əsaslı bomba partladılıb

FTX: A321 təyyarəsinin göyərtəsində plastit əsaslı bomba partladılıb
13:48 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) ekspertləri Şarm-əş-Şeyx şəhərindən Sankt-Peterburqa uçan zaman Sinay yarımadası üzərində qəzaya uğrayan “Koqalımavia” kompaniyasına məxsus A321 laynerinin göyərtəsində terror aktının törədilməsində istifadə olunan partlayıcının növünü təyin ediblər.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu, sərnişin kreslosunun altında yerləşdirilən plastit olub.
Ekspertlər Rusiyaya gətirilmiş nümunələri tədqiq edərkən A321 təyyarəsinin göyərtəsində plastitin analoqu olan partlayıcı əsasında hazırlanan kiçik bombanın işə düşdüyünü müəyyənləşdiriblər. Onların fikrincə, bomba sağ göyərtədə, salonun sonundakı kreslonun altında yerləşdirilib. Partlayışın təsirindən təyyarənin korpusunda təxminən bir metr diametrində dəlik açılıb və bu, təyyarənin dağılmasına səbəb olan germetikanın pozulması ilə nəticələnib.
Bu ərəfədə isə Misir hökuməti “A321 təyyarəsinin sisteminə və ekipajının fəaliyyətinə kriminal müdaxilənin olmadığı” barədə ilkin məruzə dərc edib.
Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi Sinay yarımadası üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FTX_A321_teyyaresinin_goyertesinde_plastit_esasli_bomba_partladilib-911338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR