Neftin qiyməti 20 dollara da düşə bilər - TƏHLİL

Neftin qiyməti 20 dollara da düşə bilər - TƏHLİL
13:49 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ilin başa çatmasına saylı günlər qalır. Sözsüz, dünya çox ağır bir il yaşadı. Olduqca mürəkkəb geosiyasi və geoiqtisadi proseslər müşahidə olundu, dünya güclərinin nüfuz savaşı kifayət qədər sərt şəkil aldı... Mənzərə tam çılpaqlığı ilə göz önündə olduğundan ilin yekunları barədə danışmaq, müəyyən dəyərləndirmələr aparmaq o qədər də çətin deyil. Lakin bununla belə, müşahidə etdiyimiz proseslərin haradan və nədən qaynaqlandığını oxuculara daha aydın şəkildə izah etmək zərurətindən çıxış edərək 2015-ci ilin “üzərində” müəyyən gəzişmələr aparıb hadisələrin mahiyyətini bir qədər qabarıq şəkildə ortaya qoymaq niyyətindəyik.

 

***

 

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının iqtisadiyyatla heç bir bağlılığı olmadığını və bunun mahiyyət etibarı ilə siyasi çalarlara söykəndiyini ötən yazılarımızda dəfələrlə qeyd etmişik. Lakin görünən budur ki, bəzi iqtisadçılar hələ də məsələnin kökünü dərindən araşdırmadan hadisələrə birtərəfli yanaşır, primitiv mülahizələrə üstünlük verir və bəzi hallarda bir qədər də irəli gedərək, neftin qiymətində baş verən dəyişikliklərdən dolayı gəlirlərimizin azalmasını Azərbaycan hökumətinin məsuliyyəti kimi təqdim etməyə çalışırlar. Belə gülünc iddialar şübhəsiz ki, siyasi maraqlardan və qərəzli münasibətdən irəli gəlir və bu cür düşüncə tərzinin daşıyıcılarından obyektiv təhlil və qiymətləndirmə gözləmək yersizdir...

 

***

 

Dünyanı yenidən bölüşdürmək uğrunda 2011-ci ildən başlayan və getdikcə daha da şiddətlənən savaş hazırda özünün kulminasiya nöqtəsinə yaxınlaşıb və bu da təkcə hansısa region üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük bir fəlakət vəd edir. Dünyanın hansı ağır mərhələyə qədəm qoyduğunu görmək üçün bu gün ABŞ-ın dirijorluğu ilə idarə olunan oyunların gedişatını  sadəcə kənardan izləmək də kifayətdir. Əslində bu oyunların təməli çoxdan - Sovetlər Birliyinin çökdürülməsi əməliyyatları ilə qoyulub. Dünyada iki nəhəng gücdən birinə çevrilmiş Sovetlər Birliyinin gec-tez çökdürülməsi ABŞ xarici siyasətinin ana xəttini təşkil edirdi. İllərlə bu məsələnin həllinin “səmərəli” yolları axtarıldı və nəticədə neft amilindən istifadə etmək variantına üstünlük verildi. Sovetlər Birliyinin iqtisadiyyatını və maliyyə sistemini çökdürmək üçün dövləti ilk növbədə möhkəm valyuta gəlirlərindən məhrum etmək lazım idi. Bu məqsədlə ABŞ əvvəlcə Avropa ölkələrinin SSRİ-dən aldığı qazın həcminə onların tələbatının 30%-ni keçməyən kvotanın qoyulmasına, bunun ardınca  Səudiyyə Ərəbistanı vasitəsilə neftin hasilatını artırmaq yolu ilə onun qiymətlərini kəskin şəkildə aşağı salınmasına nail oldu. ABŞ-ın xüsusi xidmət orqanları bankları və başqa özəl qurumları Sovetlər Birliyi ilə əməkdaşlığa son qoymağa, bu ölkədə hər hansı sahəyə subsidiyaların və kreditlərin verilməsini dayandırmağa səslədi. Maliyyə qurumları arasında belə təbliğat aparılırdı ki, SSRİ-i kreditləri geri qaytarmaq imkanlarını itirir və bu dövlətin valyuta gəlirləri kritik azalır. Həmin dövrdə SSRİ-nin valyuta gəlirlərinin 80%-i neft və qaz, silah və qızıl satışından əldə olunurdu. Təkcə neft və qaz satışından daxil olan valyuta ümumi valyuta gəlirlərinin 66%-ni təşkil edirdi. O dövrdə neftin qiymətlərinin bir dollar aşağı düşməsi Sovetlər Birliyinin 1 milyard dollara qədər gəlirdən məhrum edilməsi demək idi. Bundan başqa, Amerika SSRİ-ni mənasız bir müharibəyə də sürükləyə bildi. “Beynəlmiləlçilik borcu” adı altına Əfqanıstana girən Sovet İttifaqı bu müharibədə milyardlarla dollar itirdi. Bu reallıqları dəqiq hesablayan Vaşinqton SSRİ-yə qarşı hazırladığı planı reallaşdırmağa müvəffəq oldu,  nəticədə nəhəng siyasi və iqtisadi sistem darmadağın edildi. Bu, əslində planın birinci mərhələsi idi.

 

***

 

ABŞ dünyaya ağalıq etmək və tək hökmranlığı təmin etmək kimi bəşəriyyət üçün təhlükəli bir planın icrası istiqamətində addımlarını davam etdirir və indi bütün dünya bu planın ikinci mərhələsinin ağır məziyyətlərini hiss etməkdədir. Gəlin əvvəlcə hadisələrin ardıcıllığına baxaq. Sovetlər Birliyi məlum yolla çökdürülür, ardınca Yuqoslaviya dağıdılır... “Ərəb baharı” adı altında yaxın şərqdə inqilablara start verilir... Rusiya isə Qərbin başının bu işlərə qarışdığı dönəmdə yaranmış fürsətdən məharətlə istifadə edir - neftin yüksək qiymətlərinin dünya bazarlarında tüğyan etdiyi bir dövrdə hərbi qüdrətini əsaslı şəkildə artırır. Ancaq bu, ABŞ-ın baş planını dəyişdirmir. SSRİ-nin çökdürülməsində yararlı olmuş vasitələrdən bu dəfə Rusiyaya qarşı istifadə edilir. Lakin bu dəfə daha geniş masştabda... Yeni ssenaridə Rusiyanın çökdürülməsi təkcə neftin qiymətlərinin kəskin şəkildə aşağı salınması və bununla onu mühüm valyuta gəlirlərindən məhrum edilməsi yolu əsas xətt kimi nəzərdə tutulmur. Rusiya ciddi xərclər tələb edən və SSRİ ilə müqayisədə daha çox münaqişələrə cəlb edilməklə zəiflədilir. Baxın, nə baş verir?  İqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Rusiya Krımın və şərqi Ukraynanın problemlərinin həllinə və şərqi Ukraynada aparılan hərbi əməliyyatlara böyük məbləğdə vəsait xərcləmək zorundadır. Digər tərəfdən, onun Suriyaya hərbi müdaxiləsi ciddi xərclərlə müşayiət olunur. Ardınca Türkiyə ilə münasibətlər kəskinləşir və bu ölkə ilə bütün siyasi və iqtisadi əlaqələr kəsilir. Türkiyənin İraqın ikinci şəhəri Mosula qoşun yeritməsinə də Rusiya biganə qalmayıb. Aydındır ki, Rusiya üçün bir cəbhə də burada açılır. Çünki İraqda Rusiyanın həm də iqtisadi maraqları var. Rusiya şirkətləri İraqda neft hasilatı sahəsinə ciddi yatırımlar edirlər. Və nəhayət bütün bu olayların yaşandığı bir dönəmdə neftin bir barrelinin qiyməti onsuz da ürəkaçan olmayan məzənnədən - 50 dollardan 38 dollara enir. Bu isə Rusiya üçün nəfəsliyin bir qədər də daralması deməkdir...

 

***

 

Əslində ABŞ neftin qiymətini bir neçə gün ərzində 20 dollardan da aşağı sala bilər. Bunun üçün yetər ki, o yenə də öz müttəfiqi Səudiyyə Ərəbistanından hasilatı bir qədər də artırmağı “xahiş etsin”, ya da prezident Obama ABŞ-dan neft ixracına qadağanı götürsün. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, həqiqət hər kəsə tam şəkildə aydın olsun: Neftin qiymətlərinin bu şəkildə aşağı düşməsinin səbəbi bu gün bazarın tələbatından artıq olan bir milyon barrel hasilatdır. Bazarın tələbatından bu qədər artıq olan neftin gündəlik hasilatının yuxarıda göstərdiyimiz hər hansı bir yolla əlavə olaraq 0,5 – 1,0 milyon barel artırılması isə onun qiymətlərini ABŞ-ın nəzərdə tutduğu həddə qədər endirəcəkdir. İran neftinə Qərbin yaşıl işıq yandırması da elə bu məqsədi reallaşdırmağa hesablanıb.

 

***

 

Göründüyü kimi, neftin qiyməti ətrafında əslində siyasi oyunlar gedir. Bəli, bu oyunların nəticəsi olaraq Azərbaycan da ötən illərdə neftin qiymətlərinin yüksək olması hesabına əldə etdiyi mənfəətin bir qismindən məhrum olacaq. Lakin bunu heç kim faciəyə çevirməsin. Bu gün əsl faciəni yaşayanlar ərəblərdir. Öz ölkələrindən rezin qayıqlarla qaçmaq istəyən, vətənlərini viran qoymuş ölkələrdən sığınacaq uman, sərhəd keçid məntəqələrində təhqir olunan, qayıqları batırılan və nəhayət qan gölündə boğulan ərəblərin halını, gününü görüb necə deyə bilərik ki,  gəlirlərimizin azalması əsl faciədir? Dünyanın az qala yarısının yeməyə çörək tapmadığı, müsəlman ölkələrinin yerlə yeksan edildiyi bir dönəmdə biz firavan həyatımıza görə niyə şükür etməyək? Dünyanın başının üzərini qara buludlar aldığı bir vaxtda biz gəlirlərimizin azalmasını necə özümüzə dərd edə bilərik? Dəfələrlə demişik, bir daha təkrar edirik: Neftin qiymətlərinin aşağı düşməsi faktını əlində “bayraq” edib, “sosial gərginlik artacaq”, “əmək haqlarında və pensiya ödənişlərində gecikmələr baş verəcək” və s. kimi çağırışlarla insanları çaşdıranlar zəhmət çəkib Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin strukturuna bir də baxsınlar. Büdcənin mədaxili neft gəlirləri nəzərə alınmasa belə sosial xərcləri artıqlaması ilə maliyyələşdirməyə yetirsə, bu hay-küy kimə lazımdır? Və nəhayət, bu gün dünyada gedən çirkin siyasi oyunlar şəraitində Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi sabitliyi vətəndaş olan hər kəs dəyərləndirməyə borcludur.

 

Fikrət Yusifov

 

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,

İqtisad elmləri doktoru, professor

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Daha bir dünya ulduzu Türkiyə klubunda - FOTO

20 Avqust 2017 15:57

“Dihaj” Bakının mərkəzində pulsuz konsert verdi

20 Avqust 2017 15:54

Fasiləsiz televizor izləmək xəstəlik yaradır

20 Avqust 2017 15:50

"Barselona"dan sürpriz Arda Turan qərarı

20 Avqust 2017 15:47

Belə də olur - Ər və arvad eyni oğlana aşiq oldu

20 Avqust 2017 15:43

Suriyada beynəlxalq sərgi atəşə tutulub, ölənlər və yaralananlar var

20 Avqust 2017 15:42

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib

20 Avqust 2017 15:40

Bineli Yıldırım: "Türkiyə sərhədini qanunsuz keçmək istəyən 5 İŞİD terrorçusu zərərsizləşdirilib"

20 Avqust 2017 15:37

“Körpə gəzintidə” filmi gerçək oldu

20 Avqust 2017 15:33

30 ildən sonra belə istirahət edə bilərik - FOTOLAR

20 Avqust 2017 15:23

Ən sürətlə arıqladan dietik üsul

20 Avqust 2017 15:23

Ağcabədidə "Mercedes" yanıb

20 Avqust 2017 15:14

Nəcməddin Sadıkov prezident İlham Əliyevə raport verdi

20 Avqust 2017 15:13

Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb

20 Avqust 2017 15:12

İraqda iki gəmi toqquşub, ölənlər var

20 Avqust 2017 15:07

Məşhur aktyor sevişmə səhnəsindən danışdı

20 Avqust 2017 15:04

"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda 10 MARAQLI FAKT

20 Avqust 2017 14:58

Burkino-Fasoda terror aktı zamanı öldürülənlərin sayı 19-a çatıb

20 Avqust 2017 14:52

Dənizdə boğulmaq üzrə olan şəxs xilas edilib

20 Avqust 2017 14:52

İran-İraq müharibəsi başa çatıb

20 Avqust 2017 14:41

Məşhur amerikalı aktyor və yazıçı vəfat edib

20 Avqust 2017 14:39

Yaşı 3 milyard ildir: İDDİA TƏSDİQLƏNDİ - VİDEO

20 Avqust 2017 14:38

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

20 Avqust 2017 14:37

Köpəkbalığının yeni növü aşkarlandı

20 Avqust 2017 14:28

Bir ildə 5 minə yaxın velosiped oğurlandı

20 Avqust 2017 14:27

"Artıq "dosta zəng" qaydası işləmir" - DYP

20 Avqust 2017 14:18

Qonşu ölkənin nazir müavinini ildırım vurub öldürdü

20 Avqust 2017 14:15

Zadə sağdır, necə soruşasan, səni harada basdıraq? – Rafiq Əliyev

20 Avqust 2017 14:03

Tanınmış aktyor həmkarı ilə evləndi

20 Avqust 2017 14:03

“Belə oynasaq, “Qarabağ”ı keçəcəyik” – Nikolay Boylesen

20 Avqust 2017 13:59

İcarəyə götürdüyü DVD diskin içərisindən pul və məktub çıxdı - FOTO

20 Avqust 2017 13:53

Ağcabədidə "Mercedes" yandı

20 Avqust 2017 13:50

Məşhur yazıçı-aktyor dünyasını dəyişdi

20 Avqust 2017 13:43

"Bizim üçün ən böyük təhlükə standart vəziyyətlərdi" - Əfran İsmayılov

20 Avqust 2017 13:37

Türkiyə ordusundan hava zərbələri

20 Avqust 2017 13:37

Sabah hava necə olacaq?

20 Avqust 2017 13:33

Faytonçu Nazimin günahlandırdığı həkim danışdı: "ONA ƏVVƏLDƏN DEMİŞDİK"

20 Avqust 2017 13:24

93 yaşında öldü, 130 arvadı dul qoydu - FOTO

20 Avqust 2017 13:23

Mərhum aktyor Fuad Əhmədovun doğum günüdür

20 Avqust 2017 13:18

Hitler və alman ordusu barədə İNANILMAZ FAKTLAR - FOTO

20 Avqust 2017 13:08

72 il əvvəl vurulmuş gəminin qalıqları tapıldı

20 Avqust 2017 13:05

Dünya ölkələrində avtobusları belə gözləyirlər - FOTO

20 Avqust 2017 12:58

Azərbaycan Prezidenti Şəmkir rayonuna səfərə gəlib

20 Avqust 2017 12:51

Avropanın ən “seksual çimərliklər”inin SİYAHISI

20 Avqust 2017 12:48

Ozancan baxdı, bəs Dəniz?

20 Avqust 2017 12:47

Bərdədə toy karvanının avtomobili 4 nəfəri vuraraq hadisə yerindən qaçıb: ölən və yaralananlar var

20 Avqust 2017 12:42

Tanınmış müğənninin xanımı alt paltarında...

20 Avqust 2017 12:41

"Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq" - Qara Qarayev

20 Avqust 2017 12:38

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

20 Avqust 2017 12:29

Ofis həyatını daha sadə edən 20 İXTİRA - FOTO

20 Avqust 2017 12:28