Əkiz bacılar: "Bunu heç efirdə də deməmişdik" - FOTO

Əkiz bacılar: "Bunu heç efirdə də deməmişdik" - FOTO
13:52 15 Dekabr 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni SevilSevinc bacıları həmkarları Gülay Zeynallı ilə küsülü imişlər. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar sənətçi ilə 3 ay danışmadıqlarını etiraf ediblər:

"Düz 3 ay bir-birimizlə küsülü qaldıq. Aramızda heç bir söz-söhbət olmayıb. Sadəcə, tədbirlərdə olanda bir-birimizə sifət edib üzümüzü çevirirdik, salamlaşmırdıq. Bunu heç efirdə də deməmişdik. Küsülülükləri efirdə nümayiş etdirməyi lazımsız bilirik. İndi barışmışıq, münasibətlərimiz yaxşıdır".

Yeniliklərindən danışan bacılar 2016-cı ildə maraqlı layihələr hazırlayacaqlarını bildiriblər:

"Elvin Mehmanlıya məxsus "Məndən ötrü" adlı yeni mahnı oxumuşuq. 2016-cı ilin ilk mahnısı və klipi olacaq. Yanvarın 4-də təqdimat edəcəyik. Bir də yeni veriliş hazırlamaq istəyirik".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR