Saxta 100 manatlıqla benzin almaq istədi

Saxta 100 manatlıqla benzin almaq istədi
13:57 15 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Masallıda saxta pulla alver edən şəxs tutulub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş "VAZ-2106" markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR