Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rəşad Məcidin imza günü olacaq

Rəşad Məcidin imza günü olacaq

Date: 15 December 2015 14:01

Azərbaycanlı yazıçıların “Soyuq əllər, isti ürək” yarmarkasında “Qanun” Nəşriyyatı tərəfindən keçirilən imza günləri davam edir.

Axşam.az AzNews.az-a istinadən xəbər verir ki, növbəti imza günü dekabrın 16-da saat 14:00-dan 15:00-a qədər olacaq. Kitabsevərlər sözügedən tarixdə “Qanun Evi”ndə Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə görüşəcəklər. İmza günü R.Məcidin “Roman” adlı şeirlər kitabına həsr olunub.

Bundan başqa, oxucuların müəllifin son illərdə nəşr olunmuş digər kitablarını – “Bir də gəlməyəcək”, “Çiyələk qadın” adlı şeirlər toplusunu, “Cığıraçan” adlı məqalələr toplusunu da öz imzası ilə əldə etmək şansı olacaq.

Tags:  Rəşad Məcidin imza günü olacaq


RƏYLƏR


Top news