Ötən ilə nisbətən Xəzərin seysmikliyi artıb

Ötən ilə nisbətən Xəzərin seysmikliyi artıb
14:03 15 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
Bu il Azərbaycan ərazisində 7 minə yaxın zəlzələ qeydə alınıb. Bunlardan 17-si hiss olunub.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmətinin hesabatına əsasən xəbər verir ki, ilin 1-ci rübündə ən güclü zəlzələ Xəzər akvatoriyasında, 2-ci rübdə Goranboyda, 3-cü rübdə Şəki-Oğuz rayonlarının sərhədində, 4-cü rübdə Oğuzda baş verib.
Hesabatda bildirilir ki, 2015-ci ildə Oğuz, Şamaxı-İsmayıllı seysmogen zonasında, Şabran və Talış zonasında seysmikliyin artımı müşahidə olunur. Ötən ilə nisbətən Xəzərin seysmikliyi bir qədər artıb, ayrılan seysmik enerji isə 2 dəfə az olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_ile_nisbeten_Xezerin_seysmikliyi_artib-911346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR