AFFA iki klubu cəzalandırıb

AFFA iki klubu cəzalandırıb
14:03 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XVI turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.
Komitədən iki kluba cəza gəlib. Bunlar paytaxt təmsilçiləri “Neftçi” və “Rəvan” komandalarıdır. Hər iki klub min manat cərimə edilib.
Kollektivlərin cəza ilə üzləşməsinə səbəb sözügedən komandaların dörd futbolçusunun eyni matçda sarı vərəqə almasıdır. “Rəvan” “Kəpəz”lə, “Neftçi” isə “Qəbələ” ilə səfər oyunundakı xəbərdarlıqlara görə ziyana düşüb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFFA_iki_klubu_cezalandirib-911347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR