Ronaldu Olimpiadaya gedəcək?

Ronaldu Olimpiadaya gedəcək?
14:05 15 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldu böyük ehtimalla gələn ilin yayında Braziliyada keçiriləcək Olimpiadada iştirak etməyəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Yay Olimpiya Oyunlarına qatılacaq Portuqaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ruy Jorje də buna inanmır.

Yerli mətbuata açıqlamasında Jorje bildirib ki, Ronaldunun Olimpiadada iştiraka razılıq verəcəyinə inanmır: "Avro-2016 ilə Yay Olimpiya Oyunları arasında məsafənin az olduğunu nəzərə alsaq, Ronaldunun Braziliyaya səfər edəcəyi inandırıcı görünmür. Bəli, bir çox idmançı üçün Olimpiada ən vacib turnirdir. Ancaq futbolçular barədə bunu demək olmur. Hələ ki, Rio-de-Janeyroya aparacağım heyəti müəyyənləşdirməmişəm. Amma Ronaldunun həmin heyətdə yer alacağına inanmıram".
 
Qeyd edək ki, qaydalara əsasən, hər komanda Olimpiadaya yaşı 23-dən çox olan 3 futbolçu apara bilər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR