Qutusu içindən keyfiyyətli yeni il hədiyyələri

Qutusu içindən keyfiyyətli yeni il hədiyyələri
14:06 15 Dekabr 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin gəlişinə sayılı günlər qaldığından bir çox mağaza və marketlərdə, həmçinin, bazarlarda hədiyyə paketləri satışa çıxarılıb.

ANS PRESS-in məlumatına görə, balacaların sevincinə səbəb olan bu hədiyyə qutularında bəzən onların sağlamlığı üçün təhlükə törədəcək şirniyyatlara da rast gəlmək olur. Belə ki, həmin qutulara bəzən vaxtı ötmüş məhsullar qoyulur. Həmin hədiyyələri alarkən içindəki məhsulların keyfiyyətini yoxlamaq mümkün olmadığından bəzi şirkətlər bayramdan istifadə edərək köhnə məhsullarını əhaliyə satmağa başlayırlar.

Valideyn Süsən Əhmədova deyir ki, əvvəllər hər il övladına bayram hədiyyəsi alırdı, lakin son iki ili o, özü boş bayram qutusu alaraq, onun içini istədiyi keyfiyyətli şirniyyatlarla doldurur və tam əmin olur ki, övladı sağlam qidalanacaq. "Əvvəllər oğlum heç kimdən geri qalmasın deyə ona da marketdən bayram hədiyyəsi alırdım, sonradan gördüm ki, qutunun içindəki məhsulların dəyəri verdiyim puldan qat-qat ucuzdur, bundan başqa, şirniyyatlar keyfiyyətsizdir, bəzilərinin üzərində tarixi göstərilməyib, bəzilərinin isə hansı ölkənin istehsalı olduğu bilinmir", - deyə valideyn qeyd etdi.



Satıcılar isə şikayət hallarının olmadığını iddia edirlər. Mağazaların birində satıcı Elşad Məmmədov deyir ki, artıq 10 ilə yaxındır eyni mağazada işləyir, indiyədək satdığı hədiyyə bağlamalarından heç kim şikayət etməyib: "Bizim mağazada heç vaxt belə hal olmayıb, amma olarsa da, buna görə satıcı deyil, mağaza rəhbəri məsuliyyət daşıyır. Çünki şirkətlərlə müqavilə bağlanır və bu zaman gərək onlar hədiyyə qutularının içindəkilər haqqında məlumat alsınlar", - deyə satıcı bildirdi.

Araşdırmalardan bəlli oldu ki, hədiyyə bağlamalarının qiyməti 5 manatdan 50 manatadək dəyişir. Təbii ki, qiymət fərqinə görə, qutunun içindəki şirniyyatlar da müxtəlifdir. Amma orta qiymətə (10 manat) olan bayram hədiyyələrinin bəzilərinin qutularının üzərində hədiyyənin xarici ölkə istehsalı olduğu qeyd olunsa da, amma içindəki məhsulların çoxu yerli şirkətlərin istehsalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hər il Yeni il hədiyyə bağlamaları ilə əlaqədar şikayətlərin olduğunu dedi: “Bizə bu hədiyyə paketləri ilə bağlı bu il hələ ki, şikayətlər gəlməyib, amma hər il belə hallarla rastlaşırıq, əsasən də, o bağlamanın içində olan qida məhsulları ilə bağlı. Vaxtı keçmiş, istifadəyə yararsız olan malları bu hədiyyə paketlərinin içinə doldurub satırlar. Ona görə valideynlər həm əyləncə müəssisələrində, teatrlarda uşaqlara verilən hədiyyələrdən, həm də mağazalarda satılan hədiyyələrdən ehtiyatlı olmalıdırlar". - deyə E. Hüseynov bildirdi.

Sədr onu da əlavə etdi ki, əgər qutunun içindəki keyfiyyətsiz şirniyyatı istehsal edən şirkətlərlə bağlı şikayətlər daxil olarsa, həmin istehsalçılar 500-1500 manat civarında cərimələnə bilərlər.


Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri


Eyyub Hüseynovun da qeyd etdiyi kimi, yeni ilin başlamasına sayılı günlər qaldığı üçün mədəniyyət müəssisələri, əyləncə mərkəzlərində də artıq hazırlıq işlərinə başlanılıb. Bu mədəniyyət ocaqları yeni şənliklər vasitəsilə uşaqları sevindirdikləri kimi, eyni zamanda, verdikləri hədiyyələrlə də onları sevindirməyi bacarır. Lakin bəzən bu sahədə xoşagəlməz hallar müşayiət olunur.

Elə buna görədir ki, son zamanlar teatr və ya uşaq əyləncə mərkəzlərinin biletlərinə tamaşalara baxmaqla yanaşı, hədiyyə almaq daxil edilmir. Çünki qiyməti 5-10 manat olan biletlər bu qiymətə hansı keyfiyyətli hədiyyəni təqdim edə bilər?!

Bir neçə mədəniyyət müəssisələri ilə əlaqə saxlayıb, Yeni il qabağı təşkil olunan şənliklərdə uşaqlara hədiyyənin verilib, verilməyəcəyi ilə maraqlandıq. Bəlli oldu ki, onlardan bir çoxu balacalara yalnız maraqlı bayram şənliyi təqdim edəcək, lakin alınan biletə hədiyyə daxil edilmir.

Bəzilərində isə hədiyyə vermək ənənəsi hələ də davam edir. Məsələn, Milli Dram Teatrından dekabrın 26-dan yanvarın 2-dək uşaqlar üçün bayram şənliklərinə hazırlaşdığını bildirdilər: "Şənlikdən sonra körpələrə hədiyyə təqdim olunacaq, hədiyyənin keyfiyyətinə isə rəhbərliyimiz bir başa cavabdehdir. O, şirkətlərdən sertifikat alıb, onlarla müqavilə bağlayıb. Bizim verdiyimiz hədiyyədən heç kim şikayət edə bilməz", - deyə teatrın biletə nəzarət şöbəsindən vurğuladılar.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, artıq bir həftəyə yaxındır ki, monitorinqlərə başlanılıb: "Hədiyyə bağlamalarının içindəki məhsullar laborator şəraitdə yoxlanılır. Hələ ki, heç bir nöqsan aşkar olunmayıb, lakin yoxlamalarımız davam edir. Bu istiqamətdə valideynləri də diqqətli olmağa səsləyirik. İstər hər hansı satış obyektindən alınan hədiyyə bağlamaları olsun, istərsə də, teatrlar, uşaq əyləncə mərkəzlərində verilən hədiyyə bağlanalı olsun, onların mütləq qutusunun üzərinə valideynlər diqqət yetirməlidirlər. Qutunun üstündəki qeyd olunan tarix ilə içindəki məhsulun tarixi üst-üstə düşməlidir", deyə qurum rəsmisi vurğuladı.


Fazil Talıblı - Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri


Uşaqların keyfiyyətsiz, orqanizmə zərərli məhsullarla qidalanmaması üçün həmin qutulara nəzarət gücləndirilməlidir. Xüsusilə də uşaqların təhlükəsizliyi üçün kimyəvi maddələrdən hazırlanan bayram oyuncaqları və tarixi ötmüş, keyfiyyətsiz məhsullarla dolu bayram hədiyyələrini almamaq məsləhətdir. Övladınızı sevindirmək istəyirsinizsə, ya ona özünüz xüsusi hədiyyə paketləri hazırlayın, ya da alarkən həmin hədiyyənin məhsullarına dəfələrlə nəzarət edin.

Valideynlərin uşaqlara hədiyyə alarkən ən çox diqqət yetirlməli olduğu üç amil:






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Taliban” liderinin oğlu öldürüldü

22 İyul 2017 14:43

Əbədi işləyən elektrik velosipedi yaradıldı

22 İyul 2017 14:42

"Petro-Logistics"in hesabatı nefti 3% ucuzlaşdırıb

22 İyul 2017 14:42

Əli Həsənov iddialara cavab verdi: "Çox təəssüf ki..."

22 İyul 2017 14:39

Türk model: "Ronaldo məni Madridə çağırdı, getmədim" - FOTOLAR

22 İyul 2017 14:37

Azərbaycanlı şagirdlər Braziliyada keçirilən Riyaziyyat Olimpiadasında medal qazanıblar

22 İyul 2017 14:37

"3 Adam" Acunla razılaşa bilmədi, TV8-dən ayrıldı

22 İyul 2017 14:37

Telefon istifadəçilərinin nəzərinə: Bunları etsəniz...

22 İyul 2017 14:36

Şahin Diniyev: "Uşaqlar hazırlıq dövrünə ciddi yanaşırlar"

22 İyul 2017 14:32

"Bəziləri bu nəcib aksiyaya kölgə salmağa çalışır" - Əli Həsənov

22 İyul 2017 14:28

Bakıda polis turistin həyatını belə xilas etdi - FOTO

22 İyul 2017 14:27

"Qarabağ"ın oyununa təyinat alan referi üçüncü dəfə Bakıya gələcək

22 İyul 2017 14:27

Diş daşını təmizləməyin ev üsulu

22 İyul 2017 14:25

Filippində hərbi vəziyyətin müddəti uzadıldı

22 İyul 2017 14:22

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndələri Bakıda olub

22 İyul 2017 14:19

"Milan"ın növbəti hədəfi - Dieqo Kosta

22 İyul 2017 14:17

Qardaşı dünyasını dəyişən Aqil mükafatlandırma mərasimində - FOTOlar

22 İyul 2017 14:17

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

22 İyul 2017 14:17

Azərbaycanlı stilistin məşhur aktrisa ilə görüntüsü

22 İyul 2017 14:14

Sosial medianın fəal üzvü olan məşhurlar İlham Əliyevin addımını rəğbətlə qarşıladı - FOTOLAR

22 İyul 2017 14:13

Misirin baş prokurorunu öldürməkdə təqsirləndirilən 28 nəfərə edam cəzası verilib

22 İyul 2017 14:12

AZAL keçirdiyi tenderin davamından imtina edib

22 İyul 2017 14:12

Çətənə kolları əkən şəxs tutuldu

22 İyul 2017 14:09

Türkiyədəki dəhşətli zəlzələ Ayanı elə qorxutdu ki, bu qərarı verməyə məcbur oldu - FOTO

22 İyul 2017 14:05

Qüdrət Həsənquliyev: "Soçi görüşünün mühüm əhəmiyyəti var"

22 İyul 2017 14:03

Qızıl bahalaşdı

22 İyul 2017 13:59

Bakı Metropoliteni yükdaşıma xidmətləri ilə bağlı tender keçirir

22 İyul 2017 13:57

Məşhur aparıcılar Acunun kanalından GETDİ

22 İyul 2017 13:53

"Ayntraxt" holland müdafiəçinin transferini rəsmiləşdirdi

22 İyul 2017 13:52

Birjalarda neft

22 İyul 2017 13:52

Heyvanlar zəlzələni öncədən hiss edir?

22 İyul 2017 13:48

Cinsini dəyişmiş 11 məşhur şəxs

22 İyul 2017 13:48

15 min manatlıq paltar oğurlayan qadınlar yaxalandı

22 İyul 2017 13:44

Kəşmirdə atışma

22 İyul 2017 13:42

DBNX: Ukrayndan Azərbaycana gətirilən dondurulmuş toyuq əti bütün gigiyenik tələblərə uyğundur

22 İyul 2017 13:37

“ExPeter” və “WannaCry” hücumlarının müqayisəsi aparılıb

22 İyul 2017 13:35

İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib

22 İyul 2017 13:34

Qusarda narkotik becərən şəxs saxlanıldı

22 İyul 2017 13:34

Rusiya Ermənistanı ələ keçirir və... – Düşmən ölkədə BÖYÜK QORXU

22 İyul 2017 13:33

Qubada iki nəfəri maşın vurub

22 İyul 2017 13:32

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin sağlam məcrada inkişafının təsdiqidir"

22 İyul 2017 13:32

Bu da Məryəmin yeni sevgilisi

22 İyul 2017 13:32

Bakıda polis 11 dilənçini yaxaladı

22 İyul 2017 13:29

Gəncədə oğru qadınlar tutuldu

22 İyul 2017 13:27

İki azyaşlı kanalda boğulub

22 İyul 2017 13:25

Media kapitanlarından Prezidentə SONSUZ TƏŞƏKKÜR

22 İyul 2017 13:23

81 yaşlı nənə bədəni ilə heyran edir - VİDEO - FOTO

22 İyul 2017 13:22

Qusarda narkotik tərkibli bitkilər əkən şəxs saxlanılıb

22 İyul 2017 13:17

Daha bir dünya ulduzu Türkiyə klubunda

22 İyul 2017 13:17

Azərbaycanda FACİƏ: iki azyaşlı öldü

22 İyul 2017 13:17