Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya prezidenti Konstitusiya Məhkəməsinə AİHM-in qərarlarını icra etməməyə icazə verib

Rusiya prezidenti Konstitusiya Məhkəməsinə AİHM-in qərarlarını icra etməməyə icazə verib

Lətif Hüseynov Avropa Məhkəməsində fəaliyyətə başlayıb (10 Fevral 2017 14:53)
Lətif Hüseynov Avropa İnsan Haqları Məhkəməsində hakim vəzifəsində fəaliyyətə başlayıb (10 Fevral 2017 14:02)

Tarix: 15 Dekabr 2015 14:12

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Konstitusiya Məhkəməsi (KM) insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanların qərarlarını icra edib-etməməyə dair hüquq əldə edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə qərar Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Burada söhbət ilk növbədə KM-nin qərarlarının Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarından daha yüksəkdə dayanmasından gedir. Artıq Rusiya KM ölkə daxilində insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanların qərarlarının icrasının mümkünlüyünə özü qərar verəcək.
Fərman dərc edildiyi gündən qüvvəyə minib.
Xatırladaq ki, daha əvvəl bu qərar Dövlət Duması tərəfindən qəbul olunub, sonra isə Federasiya Şurası tərəfindən təsdiq edilib.

Teqlər:  Rusiya prezidenti Konstitusiya Məhkəməsinə AİHM-in qərarlarını icra etməməyə icazə verib



RƏYLƏR


Top xəbərlər